veten informasiya agentliyi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsi hər zaman teatr kollektivi arasında böyük sayqı və ehtiramla yad edilir.

Tarix:12-03-2021, 21:18
Baxış Sayı:575

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsi hər zaman teatr kollektivi  arasında böyük sayqı və ehtiramla yad edilir.

Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, teatrın gənc aktyoru, vaxtı ilə Əliağa ilə işıq sexində birlikdə çalışmış Zaur Əliyev də öz həmkarına bir videoçarx həsr edib. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan bu videoçarxda qəhrəmanımızın obrazı böyük sevgi ilə təqdim olunur və ona “İşıq adam” deyə müraciət edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edib.

Teatrın yaradıcı heyəti Əliağanın əziz xatirəsinə ithaf olaraq bundan öncə də “Döyüşən teatr” (rej: S.Qulamov) sənədli filmini çəkmişdir.

Xatırladaq ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu "Cüdo" idman növü üzrə müxtəlif yarışlarda iştirak etmiş, medal və sertifikatlar qazanmışdır.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də teatrdan yola düşür.

Əliağa 6 oktyabr səhər saatlarında Tərtər - Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. O, canı bahasına tabur komandirini qoruyur, vücudunu ona sipər edir...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə