veten informasiya agentliyi

"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır

Tarix:16-09-2020, 05:08
Baxış Sayı:520

"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır




"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

Modern.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşacaq. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün sentyabrın 16-da Kiprdə keçirilməsinə qərar vermişdi.

Əlavə edək ki, ÇL-in görüşlərinə koronavirus səbəbindən azarkeşlər buraxılmır.

16 sentyabr
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib