veten informasiya agentliyi

Qətldə şübhəli bilinərək axtarışa verilən Azərbaycan yığmasının üzvü ilə bağlı AÇIQLAMA

Tarix:29-06-2020, 08:33
Baxış Sayı:425

Qətldə şübhəli bilinərək axtarışa verilən Azərbaycan yığmasının üzvü ilə bağlı AÇIQLAMA




“Bu hadisə mətbuatda çıxdıqdan sonra federasiya rəhbərliyi Nurməhəmməd Hacıyevin ailəsi ilə əlaqə saxlayıb, cinayətin necə törədildiyini və güləşçinin günahının olub-olmadığını öyrənməyə çalışıb”.

Bunu Oxu.Az-a Azərbaycan Güləş Federasiyasından (AGF) bildiriblər.

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü Nurməhəmməd Hacıyev Dağıstanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Milliyyətcə avar olan 24 yaşlı Hacıyev Surakat və Hüseyn Asiyatilov qardaşları ilə birgə iyunun 23-də Abdulbəşir Ömərovu qətlə yetirməkdə şübhəli bilinir.

Lakin ailəsindən AGF-yə bildiriblər ki, oğulları bu cinayətdə sadəcə şahid olub:

“Cinayət ailə-məişət zəminində baş verib. Nurməhəmməd özü bu cinayətdə birbaşa iştirak etməyib, sadəcə, hadisəyə şahidlik edib. Hazırda araşdırma gedir. Federasiya da bu araşdırmanı yaxından izləyəcək”.

Qeyd edək ki, Nurməhəmməd Hacıyev Azərbaycan adından yeniyetmə, gənclər (iki dəfə) və 23 yaşadək güləşçilərin Avropa çempionu olub. O, böyüklər arasında Avropa çempionatının və II Avropa Oyunlarının mükafatçısıdır.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə