veten informasiya agentliyi

Azərbaycanlı və Türk fəhlələr arasında kütləvi dava - Sumqayıtda

Tarix:5-04-2017, 11:41
Baxış Sayı:767

Azərbaycanlı və Türk fəhlələr arasında kütləvi dava - Sumqayıtda















Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında əlbəyaxa dava düşüb.

Modern.az xəbər verir ki, dava-dalaş tikintidə çalışan türkiyəli və azərbaycanlı işçilər arasında baş verib. Olaya səbəb türklərin azərbaycanlıları aşağılaması, onları ələ salması olub.

Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin “siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz əlbəyaxa davaya çevirilib. Olayda hər iki tərəfdən xeyli adamın iştirak etdiyi bildirilir.

Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılıb. Bununla da kifayətlənməyərək, türkiyəli fəhlələri Azərbaycandan deportasiya ediblər.

Xəbərə görə, inşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları pis söyüşlər yazıblar. Ancaq söyüşü kimin yazdığı məlum olmadığından heç kimi cəzalandıra bilməyiblər.

Modern.az saytı olaya aydınlıq gətirlməsi üçün SOCAR-la əlaqə saxlayıb. SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da Karbamid zavodunun inşaat işləri tərəfdaş şirkətlərin işçiləri tərəfindən həyata keçirilir. Ancaq bu günlər orada hansısa insidentin olduğunu təsdiqləməyiblər.

“Karbamid zavodunda insidentin yaşanması ilə bağlı yayılan məlumatlar yanlışdır. Zavodun tikinti işləri davam etməkdədir. Tikinti işlərində çalışan işçilər arasında belə bir qarşıdurma və ya insidentin olmasına heç bir halda yol verilmir”,-deyə SOCAR-dan bildirlib.

Bakıda beynəlxalq konfransı keçirilir
Bakıda beynəlxalq konfransı keçirilir
“815” Çağrı Mərkəzinə I rüb ərzində 35 mindən çox zəng daxil olub
“815” Çağrı Mərkəzinə I rüb ərzində 35 mindən çox zəng daxil olub
Polis əməliyyat keçirdi - Saxlanılan var
Polis əməliyyat keçirdi - Saxlanılan var
Xankəndi Tibb Mərkəzində yeni təyinat oldu
Xankəndi Tibb Mərkəzində yeni təyinat oldu
Azərbaycan nefti kəskin bahalaşdı
Azərbaycan nefti kəskin bahalaşdı
Aşağı sinif şagirdləri üçün YENİLİK - Ev tapşırığı əvəzinə bu üsul tətbiq olunacaq
Aşağı sinif şagirdləri üçün YENİLİK - Ev tapşırığı əvəzinə bu üsul tətbiq olunacaq
Çempionlar Liqasında 1/4 final - Bu gün 2 oyun olacaq
Çempionlar Liqasında 1/4 final - Bu gün 2 oyun olacaq
İran Trampdan bu qədər təzminat tələb edəcək
İran Trampdan bu qədər təzminat tələb edəcək