veten informasiya agentliyi

Cəmiyyət 11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?

Tarix:2-11-2026, 10:48
Baxış Sayı:1



"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işlərinin plana uyğun həyata keçirildiyini bildirib.

"11 ay müddət demişdik, 2 aydan bir qədər artıq vaxt keçib. Qazıntı işləri hazırda qaydasında gedir. Tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox hissədə tamamlanıb. Digər tuneldə isə qazıntı işləri artıq 30,5 metri haqlayıb.

Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir. İndiki planlarla xətlərin birləşdirilməsini söz verdiyimiz vaxta çatdırmaq imkanlarımız var", - B.Məmmədov qeyd edib.

Qeyd edək ki, avqustun 15-dən "Bakı Metropoliteni" QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bununla əlaqədar "28 May-Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Nəticədə paytaxtda sərnişindaşıma ilə bağlı ciddi narahatlıq və gecikmələr yaranıb.

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə