veten informasiya agentliyi

“WhatsApp”da yenilik: Profillər...

Tarix:2-11-2026, 10:43
Baxış Sayı:1



“WhatsApp” istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər.

Kieni funksiya əvvəlcə “Android”in beta versiyasında sınaqdan keçirilib, indi isə “iOS” istifadəçiləri üçün də əlçatan olmağa başlayıb.

İstifadəçilər profil səhifəsinin yuxarı hissəsində görünəcək üfüqi fotonu telefonlarının qalereyasından seçə, yeni şəkil çəkə və ya “Meta AI” vasitəsilə yarada biləcəklər.

Üz qabığı fotosu profil şəklinin üzərində yerləşəcək və digər istifadəçilər söhbət məlumatlarına daxil olduqda da görünəcək.

Yeni funksiya məxfilik parametrlərini də əhatə edir. İstifadəçilər fotonun kimlərə görünəcəyini seçə biləcəklər: hamı, yalnız kontaktlar, seçilmiş kontaktlar istisna olmaqla və ya heç kim.

Funksiya hazırda “TestFlight” vasitəsilə beta istifadəçilərinin bir qisminə təqdim olunur. “WhatsApp” yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyini hələ açıqlamayıb.\\Metbuat.az

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə