Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev “X” sosial şəbəkəsindəki səhifəsində Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlara münasibət bildirərək bunu "Merts xaosu" adlandırıb.
Dmitriyev qeyd edib ki, "Mertsin xaosu onun səhvlərini etiraf etmək və düzəltmək istəməməsindən irəli gəlir".
Daha əvvəl, “Gen Z regelt” (Z nəsli qərar verir) hərəkatı tərəfindən hərbi xidmətə çağırışın yenidən tətbiq edilməsinə qarşı gənclərin etirazları Almaniyanın 30-dan çox böyük şəhərində başlayıb.
Etirazlar 31 oktyabr günortadan sonra Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqart da daxil olmaqla, bir çox şəhərlərdə baş tutub.