veten informasiya agentliyi

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı

Tarix:19-05-2025, 09:17
Baxış Sayı:161

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı ilk dəfə ölkəmizdə 2023-cü ildə təşkil olunmuşdur. Artıq ikinci dəfə keçirilən festivalda ölkə üzrə bu il 25000-dən, regionumuzda isə 600-dən çox uşaq qeydiyyatdan keçmişdir.
Uşaq İncəsənət Festivalında yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə yarışırlar.
Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə təşkil olunur. 15 may 2025-ci il tarixində Uşaq İncəsənət Festivalı çərçivəsində növbəti ustad dərsləri Şamaxıda təşkil olunub. Belə ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhərrəm Əliyev tərəfindən keçirilən ustad dərsində rəssamlıq sinfində təhsil alan 45-dən çox şagird iştirak edib.
Həmçinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ifalarından ibarət konsert proqramı, "Mədəniyyət uşaqların gözü ilə" adlı panel müzakirəsi təşkil olunub. Bundan başqa festival iştirakçıları tanınmış xəttat Gülxan Bəydəmirlinin təqdimatında xətt sənəti ilə tanış olublar.
Festival abu-havasında bəzədilmiş Şamaxı Musiqiçilər bağında isə rəsm əsərləri və sənətkarların əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunub, xalçaçılıq və qurama sənəti üzrə ustad dərsləri keçirilib, festival iştirakçılarına 100-dən çox kitab hədiyyə olunub.
#DağlıqŞirvanRMİ #uif #mədəniyyət #festival

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə