veten informasiya agentliyi

Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur

Tarix:15-01-2022, 19:29
Baxış Sayı:81

 Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur

Təəssüflə qeyd etməliyik ki, belə hallara yalnız bölgələrdə deyil, paytaxtda da tez-tez rast gəlinir. Yalnız bağça və məktəblərdə deyil, bəzən ailələrdə də azyaşlılar zorakılığa məruz qalır. Bu hadisə sosial şəbəkə vasitəsilə ictimailəşdi. Lakin istisna deyil ki, onlarla belə neqativ hallar var ki, ictimailəşmir və uşaqlar zorakılığa, kobud rəftara məruz qalmaqda davam edir. Həmin azyaşlının valideynin söylədiyinə görə, digər övladlarının da tərbiyəsi ilə sözügedən müəllimə məşğul olub. Lakin hər hansı narazılıq olmayıb. Yəni, uşaqlar evdə bu barədə bir söz deməyib. Amma uşaqların nəsə deməməsi əvəllər də belə hadisənin baş vermədiyi anlamına gəlmir. Ümumiyyətlə, uşaqlara qarşı kobud rəftar və zorakılıq həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Xüsusilə ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində qeydə alınan bu xoşagəlməz hallar hər birimizi narahat edir. Hesab edirəm ki, bu neqativ hallara hüquqi qiymət verilməlidir. Çünki belə hallarla bağlı qanunvericilikdə konkret məsuliyyət nəzərdə tutulur. Aidiyyatı qurumlar uşaqların saxlandığı müəssisələrdəki vəziyyəti diqqətdə saxlamalı, onların hüquqlarının təmin olunması istiqamətində aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülməlidir. Həmin müəssisələrdə uşaqlarla işləyən şəxslər​ düzgün davranmalı, azyaşlıların beynəlxalq sənədlərdə və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını müdafiə etməlidirlər. Burada həm də ictimai qınaq olmalıdır. Bu cür insanlar öz məsuliyyətlərini dərk etməlidirlər. Hətta deyərdim ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər intensiv qaydada tibbi-psixoloji müayinədən keçməlidirlər. Çünki insanlar övladlarını bu şəxslərə etibar edir. Zorakılığa məruz qalan uşaqların həm fiziki, həm də psixoloji problemləri meydana çıxır. Övladını bağçaya, məktəbə göndərən valideyn peşmançılıq hissi yaşamamalıdır. Hər birimiz sağlam cəmiyyətin inkişafında bu və ya digər formada iştirak etməliyik, bu prosesə töhfə verməliyik. Bu, həm də vicdan məsələsidir. Azyaşlıların formalaşması ailədən sonra məktəbəqədər təhsil müəssisəsindən başlayır. Bu o demıkdir ki, bu müəssisələrdə çalışan insanların məsuliyyəti daha çoxdur. Bizdə uşaq hüquqlarının qorunması ilə bağlı hüquqi baza kifayət qədər təkmildir. Sadəcə, yerlərdə insanlar öz məsuliyyətini dərk etməlidir. Düşünürəm ki, İsmayıllıda baş vermiş hadisə​ ilə bağlı hüquqi baxımdan ciddi tədbir görüləcək və bu, digər müəssisələrdə azyaşlılarla işləyən şəxslərin məsuliyyətini artıracaq.

Osloda Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edilib
Osloda Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edilib
Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb
Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi
May ayının müavinət, təqaüd və ünvanlı  yardımları ödənildi
Novruz Aslanov rayon rəhbərliyi ilə sakinləri qəbul etdi
Novruz Aslanov rayon rəhbərliyi ilə sakinləri qəbul etdi
İsmayıllı nümayəndə heyəti Kiryat Bialik şəhərinə rəsmi səfər edib
İsmayıllı nümayəndə heyəti Kiryat Bialik şəhərinə rəsmi səfər edib
Yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi
Yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və  müharibə əlillərinə təqdim edildi
Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü
Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq  mükafata layiq görüldü