veten informasiya agentliyi

Türk Dövlətləri Təşkilatının hərbi qüvvələri yaradılmalıdır

Tarix:9-01-2022, 19:15
Baxış Sayı:230

Türk Dövlətləri Təşkilatının hərbi qüvvələri yaradılmalıdır
Qazaxıstanda baş verənlər Türk Dövlətləri Təşkilatına qarşıdır. Türk Birliyinin halqası qoparılmağa çalışılır və dünyanın bütün gücləri də bundan məmnun görünür. Bu həm birlik üçün həm də birliyin ayrı-ayrı subyektləri üçün risklər yaradır.
Azərbaycan Qarabağdakı zəfərindən sonra 30 illik balanslaşdırma siyasətindən müəyyən qədər Türkiyə yönümlü istiqamətə çevrildi. Bu digər istiqamətdəki gücləri tənqid etməklə də müşahidə olundu. Rusiyaya nota veririk, Fransanı və ABŞ-ı açıq şəkildə ikili standartlarda tənqid edirik, Qərb Türkiyə gərginliyində açıq şəkildə Türkiyəni dəstəkləyirik, bunlarla yanaşı Türkiyə ilə Şuşa Bəyannaməsi imzalayırıq, hərbi təlimlər keçiririk, digər dövlətlərdən azaltmaqla hərbi-iqtisadi dövriyyəni Türkiyə ilə artırırıq. Yəni xarici siyasətimizdə bir çox addımlar Türkiyənin və gələcəkdə gücləşəcək Türk Dövlətləri Təşkilatına arxalanaraq atılır.
Qarabağ zəfərində Türkiyənin rolundan ilhamlanan digər Türk dövlətləri də Türkiyə ilə əlaqələrini gücləndirməyə başlamışlardı. Amma indi cəzalandırılmaq qorxusu yaşayırlar. Ona görə zəif Türkiyə və inkişafına imkan verilmədən Türk Dövlətləri Təşkilatının boğulması maraqlarımıza zərbədir. Güc sahibi olmaq üçün Türk Dövlətləri Təşkilatının ordusunun olması vacibdir, yoxsa təsir qüvvəsi olmayan söz demək, bəyanatlar verməklə kifayətlənəcək.
Rusiya məsələnin baş rolundadır. Qazaxıstan Çinin İpək yolunun vacib koridorlarındadır və həmçinin Çinin Qazaxıstanda böyük investisiyası var, bu koridora Rusiyanın nəzarəti arta bilər, amma buna baxmayaraq yaranan gərginlikdən Çin narahat görünmür. Çin, Uyğur məsələsinə görə, həmçinin Əfqanıstan və Qazaxıstan kimi əsas iki çıxış yolunun Türkiyənin və ya Türk Dövlətlər Birliyinin nəzarətində olmasını istəmir. Qazaxıstanın Türk Dövlətləri Birliyində güclü subyek olmasındansa Rusiyanın təsirində olmasını daha çox istəyir.
Etirazları və nümayişləri demokratik hərəkət kimi qiymətləndirən Qərb hər zamankının əksinə olaraq “etirazçıları sakitləşməyə dəvət edir”. Yəni, Qazaxıstanın Rusiyanın təsirinə düşməsində özünün neft-qaz maraqlarına qarşı təhlükə görmədiyinə görə naraha deyil. Həmçinin, Türk dövlətlərinin birləşmiş şəkildə Türkiyənin təsir dairəsində olmasındansa ayrı-ayrılıqda Rusiyanın nəzarətində olmasını istəyir. Qərb üçün Rusiya ilə bazarlıq daha rahatdır, nəyinki Türkiyə ilə. Çünki eyni xislətlidirlər, məqsədləri başqa xalqları sömürməkdir.
Həmçinin, ABŞ Rusiyanın gücünü parçalanması üçün belə münaqişələrə Rusiyanın müdaxilə etməsini istəyir amma görünən odur ki, Rusiya belə hallardan məharətlə istifadə edərək, bazarlıq imkanlarını genişləndirir və ipmeriyanı bərpa etmək iştahasını daha da artırır.
Qazaxıstan mühüm və mürəkkəb coğrafi bölgədə yerləşir və neft – qazla yanaşı digər mədəni sərvətlərlə də zəngindir. Məsələn dünyada çıxarılan uranın (uranium) 15%-ı ordadır. Fransanın 57, Rusiyanın 40, İngiltərənin 19, Almaniyanın, ABŞ və Çinin nüvə santrallarının çoxu ordan qidalanır. Bütün bunlar Qazaxıstana olan marağı artırır və görünən odur ki, bu maraqlı güclər Türk Dövlətləri Təşkilatının güclənməsinin qarşısının alınmasında həmfikirdirlər.
Etirazlara gəldikdə əlbəttəki, fərdi və digərləri ilə birləşərək etiraz hər bir şəxsin və cəmiyyətin hüququdur. Amma ixtişaşlarla nümayiş olunan etiraz xalq hərəkatı deyil və digər qüvvələrin də işin içində olduğunu göstərir. İnkişaf üçün etiraz edən, dağıtmamalıdır.
Yalçın Hacızadə

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT