veten informasiya agentliyi

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb

Tarix:8-01-2022, 12:36
Baxış Sayı:30

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi  əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb




Layihə yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək

Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış Komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir.

İclasda S.Babayev Prezident İlham Əliyevin qeyd edilən Fərmanının müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, Fərman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur.

20 min şəxsi əhatə edəcəyi gözlənilən Fərmanın icrası işlərini diqqətə çatdıran nazir qeyd edib ki, I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanın əhatə etdiyi şəxslər təsdiq ediləcək Qaydalarda göstəriləcək sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət alması və ya xəstələnməsi ilə əlaqadar arayış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək.

Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

İclasda Fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakirə olunub

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Fuad Muradov Devid Harrislə  yəhudi icmaları ilə əməkdaşlıq  imkanlarını müzakirə edib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
"Baytarlıq üzrə kadr çox məhdud saydadır" - İbrahim Cəfərov