veten informasiya agentliyi

Müharibə əlillərini təmsil edən qeyri-hökümət təşkilatları ilə yeni sosial dəstək tədbirləri müzakirə olunub

Tarix:6-01-2022, 18:33
Baxış Sayı:25

QHT rəhbərləri: Müharibə əlilləri və iştirakçıları ilə bağlı yeni sosial dəstək tədbirləri ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müharibə əlilləri və iştirakçılarını təmsil edən qeyri-hökumət təşkilatları ilə görüş keçirilib. Görüşdə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, təşkilatın nümayəndəsi və qazilər.az saytının rəhbəri Rey Kərimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Nazirlikdən nazir müavinləri Anar Əliyev, Anar Kərimov, aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb. Bildirilib ki, ötən ay Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla ölkəmizdə 2,1 milyon insana dəstək olan yeni sosial islahat paketi reallaşdırılıb.

Bu islahat paketinin tərkib hissəsi kimi, dövlət başçısının tapşırıqları ilə yeni mühüm sosial müdafiə proqramları - 1991-1997-ci illərdə aldıqları xəsarət nəticəsində Qarabağ müharibəsi əlilliyi statusu almış şəxslərə birdəfəlik ödəmənin verilməsi, Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verildikdən sonra Prezidentin aylıq təqaüdünün təyin edilməsi nəzərdə tutulub.

Hazırda aidiyyəti qurumlarla birgə həmin sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün aparılan işlər barədə məlumat verilib.

QHT rəhbərləri müharibə əlilləri və iştirakçıları ilə bağlı yeni sosial dəstək tədbirlərinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər QHT rəhbərləri ilə müzakirə edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Fuad Muradov Devid Harrislə  yəhudi icmaları ilə əməkdaşlıq  imkanlarını müzakirə edib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
"Baytarlıq üzrə kadr çox məhdud saydadır" - İbrahim Cəfərov