veten informasiya agentliyi

Ağcabədi rayonun Muğanlı kəndidə “Qəhrəmanlar Məkanı” xatirə kompleksi açılmışdır

Tarix:20-11-2021, 17:44
Baxış Sayı:223

Ağcabədi rayonun Muğanlı kəndidə “Qəhrəmanlar Məkanı”  xatirə kompleksi açılmışdır
Ağcabədi rayonun Muğanlı kəndidə “Qəhrəmanlar Məkanı”  xatirə kompleksi açılmışdır
Ağcabədi rayonun Muğanlı kəndidə “Qəhrəmanlar Məkanı”  xatirə kompleksi açılmışdır

Noyabr ayının 19-da Ağcabədi rayonunun Muğanlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş “Qəhrəmanlar Məkanı”nın açılışı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə abidə önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, peşəkar ordumuzun cəsurluğu, ölkə rəhbərliyi və Ordunun arxasında duran Azərbaycan xalqının sarsılmaz iradəsi uzun illərdən bəri həsrətində olduğumuz Qələbə təntənəsini bizə bəxş etdiyini qeyd etdi.
Tədbirdə Ağcabədi rayonundan, eləcə də Ağdam, Tərtər və Beyləqan rayonlardan dəvət edilmiş şəhid ailələrinin üzvləri, qazilər də iştirak və çıxış etmişlər. Tədbirdə məktəblilərin ifasında Vətənpərvərlik, qəhrəmanlıq ruhunda həmçinin unudulmaz şəhidlərə həsr edilmiş şerlər səsləndirilmişdir.
Tədbirin sonunda Ağdamdan olan məcburi köçkün, hərbi və vətənpərvəlik ruhunda mahnıların ifaçısı Təranə xanım tərəfindən “ağlama şəhid anası” və “ana mən əsgər gedirəm” mahnıları səsləndirilmişdir.
Tədbirin yekununda Zəfər Qələbəsinin əldə edilməsi münasibətilə qurban kəsilmişdir.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq