veten informasiya agentliyi

Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir

Tarix:19-11-2021, 15:16
Baxış Sayı:259

Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir

“Büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır. Hesab edirəm ki, 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır”. Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı belə təklif irəli sürüb. Bildirib ki, əhalinin sosial müdafiəsi gücləndirilməli, gəlirlərin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır: “Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır”.
K.Nurullayeva həmçinin təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edir ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb