veten informasiya agentliyi

Media nümayəndələri Tərtərdə şəhid ailələri və qazilər üçün yaradılmış təsərrüfatlarla tanış olublar

Tarix:15-10-2021, 20:10
Baxış Sayı:224

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla KİV nümayəndələrinin əyani tanışlığı üçün növbəti mediatur təşkil edib.
Bu dəfə junalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.
Onlara 44 günlük Vətən müharibəsində sonra şəhid ailələri üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.
Qeyd olunub ki, artıq 31 min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir. Postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Tərtər rayonunda da bu sahədə mühüm işlər aparılır. Media nümayəndələri şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev üçün yaradılmış təsərrüfatla tanış olublar. A.Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub. Şəhid Xəyal Aslanovun anası Nəzakət Aslanova isə proqram vasitəsilə iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaradıb. Vətən müharibəsi qazisi Ceyhun Quliyevə öz istəyi əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib.
Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar öz ailə təsərüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqlarını vurğulayıblar.
Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə