veten informasiya agentliyi

ADAU ilə Szeged Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Tarix:14-10-2021, 17:59
Baxış Sayı:223

Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) Macarıstanın Azərbaycandakı səfirinin mədəniyyət və təhsil üzrə diplomatı Mihaly Gruberin rəhbərlik etdiyi Macarıstanın 6 universitetini təmsil edən bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları salamlayaraq Aqrar Universitetin tarixi barədə məlumat verib. Bildirilib ki, ADAU Azərbaycanda yeganə aqrar təhsil verən ali təhsil müəssisəsi kimi Macarıstan universitetləri ilə sıx əlaqədədir. Qonaqlara universitetin ikili diplom proqramları, beynəlxalq əlaqələri, müasir laboratoriyaları və təcrübə imkanları barədə geniş məlumat verilib.
Diplomat Mihaly Gruber başda olmaqla qonaqlar burda olmaqdan məmnun olduqlarını gələcəkdə də əməkdaşlıq imkanlarını daha da inkişaf etdirəcəklərini bildiriblər.
Sonra onlayn formada Macarıstanın Szeged Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun məqsədi gələcəkdə təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların həmçinin qarşılıqlı tələbə-müəllim mübadiləsi olub.
Qeyd edək ki, 21.000 tələbəsi olan Szeged Universiteti Avropa təhsil sistemində özünü təsdiq etmiş universitetlərdən biridir. Təxminən dünyanın 130-dan çox ölkəsindən bu universitetdə tələbələr təhsil alır. Universitetdə 12 fakültə üzrə yüzlərlə proqram tədris olunur.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə