veten informasiya agentliyi

Könül Nurullayeva: “Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə Şuşada zəfər yürüşlərinin təşkili hər birimizi qürurlandırır”

Tarix:18-09-2021, 11:53
Baxış Sayı:221

Könül Nurullayeva: “Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə Şuşada zəfər yürüşlərinin təşkili hər birimizi qürurlandırır”

Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür. Bu tarix hər zaman Azərbaycanda böyük təntənə ilə qeyd olunub. Bu, Azərbaycanın hərb tarixinin ən önəmli hadisələrindən biridir. Azərbaycan və Türkiyənin bir-birinə mənəvi baxımdan nə qədər yaxın olduğunu anlamaq üçün 103 il əvvəlki tarixə nəzər salmaq kifayətdir. Tarixdən də bildiyimiz kimi, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsilə Azərbaycanın müstəqilliyi təmin olundu. Tarixçilər də bildirir ki, o vaxt Bakının azad olunması siyasi-strateji əhəmiyyə kəsb edirdi. Çünki burada söhbət Bakının milli şəhər statusunun, milli simasının bərpasından gedirdi. Ona görə Bakının azad olunması Azərbaycan və azərbaycanlılar üçün həyati əhəmiyyət kəsb edirdi. Bu baxımdan Qafqaz İslam Ordusu tərəfindən göstərilən dəstək Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır.
Azərbaycan xalqı Bakının azad olunmasını bu il tam fərqli ab-havada qeyd edir. Azərbaycan əsgərinin qanı bahasına işğaldan azad olunmuş Şuşa şəhərində 15 sentyabr Bakının azad olunmasının qeyd olunması, bütün bölgələrdə təşkil olunan zəfər yürüşləri hər bizimizi qürurlandırır. Azərbaycan xalqı bu il Bakının işğaldan azad olunması ilə paralel olaraq, Qarabağın da işğaldan azad olunmasını qeyd edir. Bu baxımdan bu gün şəhidlərimizlə yanaşı, Qafqaz İslam Orsudunun da, Nuru və Ənvər Paşanın ruhunun şad olduğu gündür. 44 günlük Vətən Müharibəsində də Türkiyə Azərbaycana mənəvi dəstək göstərməklə bir daha bu qardaşlığın əbədi olduğunu nümayiş etdirdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu gördü. Bu birlik Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin edir.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb