veten informasiya agentliyi

İKT sahəsi üzrə peşə hazırlığına cəlb olunmaq istəyən işsiz və işaxtaran şəxslərin nəzərinə!

Tarix:8-09-2021, 16:21
Baxış Sayı:273

İKT sahəsi üzrə peşə hazırlığına cəlb olunmaq istəyən işsiz və işaxtaran şəxslərin nəzərinə!
İKT sahəsi üzrə peşə hazırlığına cəlb olunmaq istəyən işsiz və işaxtaran şəxslərin nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.

Kurslar müasir əmək bazarının tələbləri nəzərə alınaraq:

• kompüter üzrə operator-dizayner,
• intellektual sistemlər,
• İT mütəxəssis-proqram təminatçısı və inkişaf etdirəni,
• kompüterli modelləşdirmə və dizayner,
• paylanmış sistemlər və şəbəkələr,
• kompüterlərin təmiri və xidməti üzrə texnik,
• backend, frontend və mobile developer,
• şəbəkə administratoru və devops mühəndisi
• kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı,
• data analitik (big data analitikləri),

istiqamətləri üzrə təşkil olunacaq.

Kurslarda peşəkar müəllim-pedaqoji heyət tərəfindən kompüter sistemləri, şəbəkələr, kiber təhlükəsizlik, süni intellekt, verilənlər bazası, ədədi analiz, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, proqram təminatı mühəndisliyi və hesablama nəzəriyyəsi ilə bağlı bilik və bacarıqlar tədris olunacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.

Kursları uğurla bitirən şəxslərə Agentlik tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Məşğulluq filialına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb