veten informasiya agentliyi

İnsanlıq nümunəsi

Tarix:26-08-2021, 09:35
Baxış Sayı:35

İnsanlıq nümunəsi



Azərbaycanın zəngin keçmişində, tariximizdə cəmiyyətin ümumi inkişafına böyük töhfələr verən qadınlar az olmayıb. Siyasətdə, ədəbiyyatda, mədəniyyətdə, incəsəntədə, elmdə öz sözlərini deyən Azərbaycan qadınları həm də at belində düşmənə qarşı mübarizə aparıblar…

Tarixi ənənələrimizi, xalqımızın özünəməxsus yüksək dəyərlərini bu gün də Azərbaycan qadınları layiqincə yaşadır və gələcəyə doğru daşıyırlar. Təsadüfi deyil ki, müasir Azərbaycan qadını dünyanın ən qayğıkeş, ən gözəl anası olmaqla yanaşı, həm də siyasətçidir, alimdir, məmurdur, iş adamıdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının daşıdıcı yüksək mənəvi keyfiyyətlər daha aydın görünür. Dövlətə xidmət missiyasının ən gözəl nümunələrini yaradan Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bütün dünyada Azərbaycan qadınının ən gözəl obrazını formalaşdırıb.

Mehriban xanım Əliyevanın müasir tariximizə yazılan çox yüksək xidmətləri var. Onun təşəbbüsü və rəhbərliyi ilə görülmüş, indi də görülməkdə olan işlərin hər biri böyük tarixi salnamədir. Bununla belə əgər əhəmiyyətinə görə sıralasaq, zənnimizcə bütün bu işlərin ön sırasında Mehriban xanım Əliyevanın öz şəxsiyyəti ilə yaratdığı əsl insanlıq nümunəsi gələcək. Belə bir şəxsiyyət nümunəsi isə cəmiyyətin həmrəyliyi və onu ali dəyərlər işığında bir araya gətirmək üçün çox önəmlidir.

Respublikamızın Birinci vitse-prezidenti olmaqla yanaşı, Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət hər addımda Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Xüsusilə qeyd etməliyik ki, 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu xeyriyyəçiliyin ən gözəl nümunələrini yaradıb, təhsil və səhiyyə sahələrində tariximizdə görünməmiş layihələri reallaşdırıb, Azərbaycanın dünyada ən dolğun təbliğatını həyata keçirib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin fevral ayında Birinci vitse-prezident vəzifəsinə təyin edilməsində, ilk növbədə, Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında oynadığı müstəsna xidmətlərin mühüm rolu oldu. Mehriban Əliyevanın ölkəmizin tərəqqisi istiqamətində göstərdiyi fəaliyyətin müstəsnalığını Prezident İlham Əliyevin fikirləri də təsdiqləyir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

10 aya yaxındır ki, hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsi Mehriban Əliyevanın öz ölkəsinə nə qədər bağlı olduğunu göstərdi, yüksək vətənpərvərlik keyfiyyətlərini bir daha təsdiq etdi. Müharibənin davam etdiyi günlərdə kənd və şəhərlərimiz azad olunduqca bizlər Mehriban Əliyevanın tarixi qələbələrimizlə bağlı həssas münasibətinin şahidi olduq. Hələ Vətən müharibəsinin ilk günlərində Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşımında deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!” Bu, Mehriban Əliyevanın timsalında bütün Azərbaycan qadınlarının sevinci və duası idi...…

Döyüşlərdə yaralanan, sağlamlıqlarını itirən qəhrəman oğullarımızın müalicəsi, bu məqsədlə Türkiyə göndərilməsi birbaşa Mehriban Əliyevanın nəzarətində oldu və bu proses indi də davam etməkdədir.

Müharibədən sonra azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri başlayıb. Artıq Şuşada həyat qaynamağa başlayır, Füzuli hava limanına təyyarələr enir, Laçında, Kəlbəcərdə işıq yanır, Qarabağda tarixboyu olmamış yeni yollar çəkilir, bulaqlarımız yenidən çağlayır. Prezident İlham Əliyevin indiyədək azad olunmuş ərazilərimizə 10 dəfə səfər etməsi dövlət başçısının Qarabağın dirçəldilməsi ilə bağlı xüsusi diqqətindən xəbər verir. Bütün bu məsələlərdə cənab Prezidentin ən böyük silahdaşı Mehriban xanım Əliyevadır. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alır. Möhtərəm İlham Əliyev erməni vandallarının doğma torpaqlarımızda törətdiklər vəhşilikləri məhz bu görüntülər vasitəsilə bütün dünyaya bəyan edir. Eyni zamanda cənab Prezident bu videogörüntülər vasitəsilə Qarabağın dirçəlişi ilə bağlı planlar və perspektiv məsələlər barədə xalqımıza məlumat verir.

Bütün bu səfərlərdə Mehriban Əliyevanın da iştirakı həm də onun torpaqlarımızın bərpası istiqamətində nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyindən irəli gəlir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir.

Mehriban Əliyevanın fəaliyyəti dəfələrlə respublikamızın, eləcə də, müxtəlif dövlət və beynəlxalq təşkilatların mükafat və fəxri adlarına layiq görülüb. Lakin onun ən böyük hədiyyəsi xalqın sevgisi, məhəbbətidir. Gördüyü işin haqlı və xeyirli olduğuna inamı isə ən böyük məmnunluğudur. “İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir. Fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”, - deyə Mehriban Əliyeva bildirir.

Bəli, Mehriban Əliyeva həm Birinci vitse-prezident, həm Heydər Əliyev Fondunun rəhbəri, bütövlükdə isə Prezident İlham Əliyevin silahdaşı kimi daşıdığı bütün siyasi, ictimai və mənəvi vəzifələri layiqincə, böyük uğurlarla həyata keçirir. Ən əsası bu vəzifələrdə həyata keçirilən fəaliyyət Prezident İlham Əliyevin siyasi kursunu tamamlayaraq onun daha böyük uğur qazanmasını təmin edir.

Mehriban xanım Əliyeva üçün özəl olan bir gündə onu təbrik edir, şərəfli dövlətçilik və ictimai fəaliyyətində müvəffəqiyyətlər diləyirik.



Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Sumqayıtda qohum və tanıışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Sumqayıtda qohum və tanıışlarına məxsus   5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb