veten informasiya agentliyi

Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Tarix:19-07-2021, 14:14
Baxış Sayı:19

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgə uğurla başa çatıb. Düşərgədə 68 şəhid ailəsini 76 uşaq təmsil edib. “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan layihədə məqsəd şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edən düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunub. Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar keçirilib. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşüblər. 14 gün ərzində düşərgə iştirakçılarının psixoloji durumu nəzarətə götürülüb, mütəmadi tibbi müayinəsi həyata keçirilib. Onlar haqqında təfsilatlı informasiya bazası yaradılıb. İnformasiya bazasında hər bir iştirakçının sosial durumu, ailə vəziyyəti və sağlamlığı barədə ətraflı məlumatlar yer alıb. Məhz bu məlumatlardan istifadə olunaraq gələcəkdə şəhid ailələrinin övladlarının müxtəlif layihələrdə iştirakı təmin olunacaq.
Düşərgənin bağlanış mərasimində çıxış edən “Qaliblər düşərgəsi”nin Təşkilat Komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların övladlarının daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Düşərgənin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib.
“ForAzerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının idarə heyətinin sədri Samir Süleymanov layihənin təqdirəlayiq olduğunu bildirib və dəstək göstərən bütün dövlət qurumlarına, eləcə də özəl təşkilatlara təşəkkürünü bildirib.
“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov layihə müddətində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra düşərgə iştirakçısı Nurgül Əlizadənin layihə müddətində Təşkilat Komitəsi tərəfindən çapdan çıxan şeir kitabının təqdimatı olub. Bundan başqa, düşərgə iştirakçıları arasında keçirilmiş inşa müsabiqəsinin qalibi, həmçinin layihənin keçirilməsinə dəstək verən dövlət qurumları, özəl təşkilatlar, layihə boyu iştirakçıları müşayiət edən könüllülər və düşərgə iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. Qaliblərə Mədəniyyət Nazirliyi, PAŞA Həyat Sığorta və Bakı Şəhər Halqası tərəfindən qiymətli hədiyyələr verilib.
Bağlanış mərasimində düşərgənin bayrağı endirilərək, növbəti layihələrdə dalğalandırılması üçün “ForAzerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatına təqdim olunub.
Sonda düşərgə iştirakçılarının layihə müddətində keçirilən təlimlərdə öyrəndikləri rəqs və musiqi nömrələri təqdim edilib, rəsm əsərləri nümayiş etdirilib. Əfsanəvi RAST Qrupunun çıxışı ilə nəticələnən bağlanış mərasiminin yekununda düşərgənin himninə çevrilmiş “Rast gələrəm” mahnısı ifa olunub, flashmob keçirilib. Havaya dilək şarları uçurdulub.
Bu gün səhər saatlarında isə “Qaliblər düşərgəsi”nin son iştirakçıları da evlərinə yola salınıblar.

“İncəsənət həmişə aktualdır” adlı sərgi
“İncəsənət həmişə aktualdır” adlı sərgi
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır

Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu

“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub

Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib

Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü

Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi