veten informasiya agentliyi

“Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib

Tarix:15-07-2021, 17:16
Baxış Sayı:21

“Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib

Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib. Görüşdə AXA, Toxumçuluq Assosiasiyası, Toxum Fondunun əməkdaşları, toxum idxalçıları və təchizatçıları, iri toxumçuluq şirkətlərinin nümayəndələri və toxumçu fermerlər iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Daah sonra Mirzə Əliyev “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. O, fermerlərin yerli toxuma olan tələbatının ödənilməsi məqsədilə təbliğat işinin genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Mirzə Əliyev əlavə edib ki, fermerlərə sertfikatlı toxumların əlçatanlığının təmin edilməsi məqsədilə cari ildə 10 yerdə toxum satış yarmarkalarının təşkili nəzərdə tutulub. Eyni zamanda, AXA sədri fermerlərin sertifikatlı toxumların əhəmiyyəti və üstünlükləri ilə bağlı məlumatlandırılması, xaricdən gətirilən, dövlət reyestrində qeydiyyatı olmayan, keyfiyyətsiz toxumların qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bildirib ki, cari ildə toxumların sertifikatlaşmasında və etiketlənməsində beynəlxalq standartlara uyğun yeni üsullar tətbiq olunacaq. Belə ki, toxumlar təmizlənib, qablaşdırılıb, etiketlənib və partiyalara yığılır. Etiketdə toxum (bitki, sort, reproduksiyası, istehsal ili və.s) və toxum istehsalçısı barədə məlumatlar öz əksini tapır. Daha sonra kisələrdən nümunələr götürülərək analiz olunur. Nəticələr standartların tələblərinə uyğun olduqda toxum partiyaları sertifikatlaşdırılır və sertifikatla bağlı etiket məlumatları sistemdə aktivləşdirilir. Fermerlər etiketdə olan QR və unikal kod vasitəsi ilə sertifikatlaşmanın doğruluğu barədə avtomatik məlumat əldə edə biləcəklər. Bu da öz növbəsində saxta toxumların qarşısını almaqla yerli toxumların bazara çıxış imkanlarının artmasına, həmçinin fermerlərin keyfiyyətli toxumla təminatına və rayonlaşdırılmış sertifikatlı toxumlardan istifadəyə öz tövhəsini verəcək.
Görüşdə toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.

“İncəsənət həmişə aktualdır” adlı sərgi
“İncəsənət həmişə aktualdır” adlı sərgi
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən  xatirə lövhəsinin açılışı oldu
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi