veten informasiya agentliyi

İnsan resursları əməliyyatları tam elektronlaşdırılacaq

Tarix:14-07-2021, 14:56
Baxış Sayı:27

İnsan resursları əməliyyatları tam elektronlaşdırılacaq
İnsan resursları əməliyyatları tam elektronlaşdırılacaq
İnsan resursları əməliyyatları tam elektronlaşdırılacaq

Bu fikirlər Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun bu gün keçirilən görüşündə səsləndirilib.

Görüşdə hər iki qurum tərəfindən elektron xidmətlər sahəsində görülən işlər barədə məlumat mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Rəqəmsal məşğulluğa keçidlə əlaqədar Agentliyin fəaliyyət istiqamətlərində əhəmiyyətli işlər görüldüyünü bildirən Mustafa Abbasbəyli artıq ölkə üzrə bütün vakansiyaların “Məşğulluq” altsistemində toplandığını, işəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirildiyini, işsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesinin elektronlaşdırıldığını və elektron fərdi məşğulluq proqramının tərtibatına başlanıldığını deyib. Qeyd edib ki, Agentlik tərəfindən yaradılan “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS ölkə üzrə vakansiya bankının daha təkmil şəkildə formalaşdırılmasına, işçi və işəgötürənlər arasında münasibətlərin elektron sistem üzərindən aparılmasına, ölkə üzrə akkreditasiya olunmuş elektron imza mexanizmindən istifadə etməklə əmək müqavilələrinin, kadr əmrlərinin elektron şəkildə tərtib olunmaqla imzalanmasına imkan yaradacaqdır. Bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək.

M.Abbasbəyli bildirib ki, Agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, e-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə də işlər aparılır.

Fariz Cəfərov da öz növbəsində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan İnsan Resurslarının İdarəolunması sistemi barədə məlumat verib, “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ilə dayanıqlı təhlükəsiz məlumat mübadiləsi imkanlarının daha da genişləndiriləcəyini bildirib.

“İncəsənət həmişə aktualdır” adlı sərgi
“İncəsənət həmişə aktualdır” adlı sərgi
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən  xatirə lövhəsinin açılışı oldu
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi