veten informasiya agentliyi

K.Nurullayeva: “Prezident mina xəritələrini Qoşulmama Hərəkatının toplantısında gündəmə gətirməklə Ermənistanı növbəti dəfə ifşa etdi”

Tarix:14-07-2021, 14:55
Baxış Sayı:26

K.Nurullayeva: “Prezident mina xəritələrini Qoşulmama Hərəkatının toplantısında gündəmə gətirməklə Ermənistanı növbəti dəfə ifşa etdi”

Azərbaycan üzv olduğu bütün təşkilatlarda etimad qazanaraq beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərininin aralıq konfransında bir daha aydın oldu ki, Azərbaycanın sədrliyi dövründə bu təsisatda xüsusi fəallıq müşahidə olunur.
10 il əvvəl dünyanın ikinci ən böyük təsisatına-Qoşulmama Hərəkatına üzv olan  Azərbaycan çox qısa müddətdə böyük etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Ölkəmizin bu nüfuzlu təsisata sədrliyi pandemiya dövrünə təsadüf etdi və Azərbaycan yeni yaranmış vəziyyətə çevik reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüslər irəli sürdü. Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə oldu. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsə qarşı çıxan yeganə ölkə Ermənistan isə bu yanaşmasına görə rəsməm rüsvay oldu.
2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Bütün təşəbbüslər kimi, Azərbaycanın Qoşulmama Hərəkatı tərəfindən COVİD-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasına dair təşəbbüsü də müsbət qarşılandı.
Bu, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsinin dünya birliyi tərəfindən təqdir edilməsidir.
Azərbaycanın sədrliyi dövründə ən böyük uğurlardan biri ərazi bütövlüyümüzün bərpası oldu. Ali baş komandan İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Bununla da sədrliyi dövründə Azərbaycan Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən birini uğurla həll etdi. Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə QH-nın 7 üzvü BMT TŞ-da Azərbaycan əleyhinə qəbul edilməsi nəzərdə tutulan qərəzli bəyanata qarşı qətiyyətli mövqe nümayiş etdirdi. Bu, Azərbaycanın düzgün, məqsədyönlü və praqmatik xarici siyasət həyata keçirməsinin nəticəsi idi.
Postmünaqişə dövründə isə qarşıda duran əsas məqsədlərdən biri Ermənistanın minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməsidir ki, Prezident İlham Əliyev  Qoşulmama Hərəkatının toplantısında bir daha məsələni gündəmə gətirdi. Minaların azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngitməsi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu, beynəlxalq miqyasda Ermənistanın növbəti  ifşasıdır.

“İncəsənət həmişə aktualdır” adlı sərgi
“İncəsənət həmişə aktualdır” adlı sərgi
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən  xatirə lövhəsinin açılışı oldu
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi