veten informasiya agentliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi

Tarix:23-06-2021, 10:10
Baxış Sayı:245

Artıq 70 qaziyə son nəsil protezlər verilib

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.
Hazırlıq mərhələsi bitdikdən sonra Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində onlara son nəsil protezlər təqdim edilib. Bu müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa və s. imkan verir.
Müharibə əlilləri yeni texnologiyalı protezlərin onlara yenidən sərbəst və rahat hərəkət imkanı verdiyi üçün razılıqlarını ifadə ediblər.
Ümumilikdə aşağı ətrafları amputasiya olunmuş 70 qazinin ən son texnologiyalı protezlərlə təminatı həyata keçirilib.
Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə