veten informasiya agentliyi

İsmayıllıda tibb işçilərinin peşə bayramı qeyd edilib

Tarix:17-06-2021, 22:14
Baxış Sayı:85

Tibb işçilərinin peşə bayramı iyunun 17-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeyd olunub.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edib ki, hər il iyun ayının 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi keçirilir. Bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin peşə bayramı gününü təsis etməsi onun, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin göstəricisidir.

İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Koronavirus pandemiyası başlayanda cənab Prezidentimizin “Biz birlikdə güclüyük” şüarı ilə başlatdığı mübarizəyə qoşularaq ilk sıralarda yer alan tibb işçiləri öz işlərini layiqincə yerinə yetirdilər.Bu gün də həmin mübarizənin davamı olaraq vaksinasiya prosesini uğurla davam etdirirlər. Həmçinin ölkəmizin tarixində qızıl hərflərlə həkk olunmuş 44 günlük vətən müharibəsində də səhiyyə işçilərimiz həm arxa cəbhədə, həm də ön cəbhədə öz fədakarlıqlarını bir daha nümayiş etdirdilər. Sonda rayon rəhbəri səhiyyə sahəsində çalışan bütün işçilərə şərəfli və fədakar fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edənlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Vidadi Rəhimov, Firidun Ağayev, Fikrət Osmanov, Xanlar Qəmbərov, şəhid anası Lətifə Tağıyeva, və başqaları qeyd ediblər ki, Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlar uğurla həyata keçirilir və bunlar hamısı insanların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda RİH başçısının müavini Sevil Əhmədova bir qrup səhiyyə işçilərinə səmərəli fəaliyyətinə və peşə bayramı münasibəti iıə rayon icra hakimiyyətinin fəxri fərman və təşəkkürnaməsini təqdim edib.

“İncəsənət həmişə aktualdır” adlı sərgi
“İncəsənət həmişə aktualdır” adlı sərgi
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən xatirə lövhəsinin açılışı oldu
Akademik Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədova həsr edilən  xatirə lövhəsinin açılışı oldu
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilib
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Akademik Musiqili Teatrın aktrisası “Sənətkar” medalına layiq görüldü
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi
Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi