veten informasiya agentliyi

AzTU və OSTİMTech arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb

Tarix:9-06-2021, 13:58
Baxış Sayı:39

Azərbaycanda səfərdə olan Türkiyənin OSTİM Texniki Universitetinin (OSTİMTech) nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

Qardaş ölkə universitetinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən görüşdə qonaqları salamlayan rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edən OSTİMTech-in rektoru Murat Yülek imzalanacaq protokolun əhəmiyyətindən danışıb. Bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi və mütəxəssis hazırlığı istiqamətində mühüm nəticələr verəcək.

Görüş çərçivəsində universitetlər arasında menecment və sənaye mühəndisliyi ixtisası üzrə birgə bakalavr təhsili və tədrisinin təşkili haqqında protokol imzalanıb. Sənədi rektorlar Vilayət Vəliyev və Murat Yülek imzalayıb.

Protokola əsasən, tərəflər AzTU və OSTİMTech tələbələri üçün ortaq tədris planı üzrə menecment və sənaye mühəndisliyi proqramının yaradılması barədə razılığa gəlib. Əsas məqsəd sözügedən proqrama qoşulan tələbələrin keyfiyyətli təhsil almalarıdır.

AzTU tələbələri birgə proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında müəyyən edilmiş lazımi balı toplamalı, həmçinin OSTİMTech-in əcnəbi tələbə qəbulu üzrə tələbini yerinə yetirməlidir. Qeyd edək ki, proqramın müddəti 4 ildir. Birgə bakalavr proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbə menecment və sənaye mühəndisliyi ixtisası üzrə AzTU və OSTİMTech-in diplomuna sahib ola biləcək.

Xatırladaq ki, qardaş ölkə universitetlərinin əməkdaşlığı çərçivəsində artıq bir neçə aydır AzTU-da ingilis dili fənni OSTİMTech-in proqramı əsasında tədris olunur.

Deputat Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində, eyni zamanda ucqar dağ kəndlərində də seçicilərin səyyar qəbulunu keçirir

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənilib

Aqrar Universitetdə “Azərbaycan – Türkiyə dostluğu: Şuşa Bəyənnaməsi zəfər tariximizin siyasi zirvəsidir” adlı konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi

Bu şəxslərin andiçmə mərasimi KEÇİRİLDİ
Bu şəxslərin andiçmə mərasimi KEÇİRİLDİ
E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlandı

İlin əvvəlindən bugünədək fermerlərə 30 milyon manatdan artıq kredit verilib