veten informasiya agentliyi

Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – FOTO

Tarix:9-06-2021, 13:57
Baxış Sayı:22

Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin  həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – FOTO



Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.
Əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.
Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.
Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.
Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)
Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

VİDEO – https://youtu.be/U5I3l6o3AmA





Deputat Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində, eyni zamanda ucqar dağ kəndlərində də seçicilərin səyyar qəbulunu keçirir
Deputat Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində, eyni zamanda ucqar dağ kəndlərində də seçicilərin səyyar qəbulunu keçirir
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub
Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənilib
Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənilib
Aqrar Universitetdə “Azərbaycan – Türkiyə dostluğu: Şuşa Bəyənnaməsi zəfər tariximizin siyasi zirvəsidir” adlı konfrans keçirilib
Aqrar Universitetdə “Azərbaycan – Türkiyə dostluğu: Şuşa Bəyənnaməsi zəfər tariximizin siyasi zirvəsidir” adlı konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi
Bu şəxslərin andiçmə mərasimi KEÇİRİLDİ
Bu şəxslərin andiçmə mərasimi KEÇİRİLDİ
E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlandı
E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlandı
İlin əvvəlindən bugünədək fermerlərə 30 milyon manatdan artıq kredit verilib
İlin əvvəlindən bugünədək fermerlərə 30 milyon manatdan artıq kredit verilib