veten informasiya agentliyi

AzTU-da yeni strukturlar yaradıldı

Tarix:5-05-2021, 14:40
Baxış Sayı:285

AzTU-da yeni strukturlar yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda qeyd olunub ki, universitetdə aparılan tədris prosesinin və elmi-tədqiqatların keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq Elmi şuranın iclasında Nəşriyyat və Mətbəə struktur vahidlərinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Həmçinin AzTU-nun strukturunda yaradılan tədqiqat institutları arasında koordinasiyanın təmin edilməsi, layihələrin idarə olunması, elmi nəşr və mətbəə işinin təşkili üçün Elmi nəşr və koordinasiya mərkəzinin yaradılması qərara alınıb.

Bundan başqa, AzTU-nun icra strukturları arasında koordinasiyanın təmin edilməsi, onların işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi məqsədi ilə AzTU Katiblik yaradılıb. Katibliyin işinin yüksək peşəkarlıq səviyyəsində təşkil olunması üçün xarici mütəxəssislər cəlb edilərək treninqlərin keçirilməsi nəzərdə tutulub.

İclasda AzTU-nun Elmi şurasının katibinin seçilməsi ilə bağlı məsələyə də baxılıb. Yeni təyin olunmuş Elmi katib Vilayət Əliyev şura üzvlərinin qərarı ilə Elmi şuranın katibi təyin olunub.

Bundan başqa, iclasda bəzi fakültələrin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, təkliflər verilib.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb