veten informasiya agentliyi

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova: Ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir

Tarix:5-05-2021, 14:09
Baxış Sayı:425

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova: Ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir


Günün mahiyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.



5 may – Beynəlxalq Həkim-Mama Günüdür.



1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.



Hamiləliyə hazırlıq üçün nələr etmək lazımdır? Bu prosesdə diqqət etməli olduğumuz əsas məqamlar hansıdır?



Ümumi hamiləlik hər bir qadın üçün sanki bir sınaqdır. Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Bura qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir. Çünki, bu prosesdə əsas diqqət etdiyimiz məqamlar anadangəlmə xəstəliklərin-qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir daha da ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfində müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən daha ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir.





İki doğuş arasındakı zaman fərqi ana sağlamlığı baxımından neçə il olaraq dəyərləndirilir?



Hətta doğuşdan sonrada zahılığın 42 günü ərzində qadına nəzarət həkim mama-ginekoloq tərəfindən aparılır. Bu səbəbdən həkim mama-ginekoloqun hər bir qadının həyatında oynadığı rol danılmazdır. Ümumi hər iki doğuş arasındakı zaman 2-ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər.



Keysəriyyə əməliyyatından sonra normal doğuş mümkündürmü?



Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir.



Ümumiyyətlə keysəriyyə əməliyyatından sonra növbəti doğuş neçə il fasilə ilə tövsiyə olunandır?



Keysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa onun durumundan asılı olan bir zamandır. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində mavafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir.



Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların hansı riskləri var?



Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə