veten informasiya agentliyi

Musiqili Teatr “PEYVƏND OLUNAQ...” dedi

Tarix:3-05-2021, 09:59
Baxış Sayı:10

Musiqili Teatr  “PEYVƏND OLUNAQ...” dedi
Musiqili Teatr  “PEYVƏND OLUNAQ...” dedi

Maraqlı layihələri ilə pandemiya dövrünün ən sərt karantin müddətlərində belə fəal iş rejimində olmağa can atan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə “PEYVƏND OLUNAQ Kİ, TEZLİKLƏ GÖRUŞƏ BİLƏK!“ çağırışı ilə sevimli tamaşaçılarına müraciət edib. Günümüzün vacib mövzusunu — peyvənd olunmaq kimi mühum çağırışı hər kəsə ünvanlayan qısametrajlı rolikdə teatrın da, aktyorların da, həmişə izdihamlı olan, bu gün boş qalan dəhlizlərin və salonun da sevimli tamaşaçılar üçün darıxdığını göstərən kadrlar hər kəsin duyğularına toxunur.
Sevimli aktyorlarına gül dəstələri ilə qovuşmağa çalışan tamaşaçıların bağlı qapı arxasında qalmaları da hər kəsi bu barədə ciddi düşünməyə sövq edir.
"Kovid" əleyhinə peyvəndin nə qədər vacib olduğu bir daha hər kəsin diqqətinə çatdırılır... Bəli, sizə ünvanlanan, çox təsirli kadrlarla zəngin olan bu roliki izləyin və bir daha əmin olun ki, peyvənd edilməyiniz bizim hər birimizə nə qədər vacibdir.
Onu da əlavə edək ki, layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, rejissoru Samir Qulamovdur.
Operator və montaj işi Hikmət Şahverdizadəyə məxsusdur.
https://youtu.be/xCPctulFL74

Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
SAHİBƏ İMZASININ TƏRCÜMANI
SAHİBƏ İMZASININ TƏRCÜMANI
AzTU-da yeni strukturlar yaradıldı
AzTU-da yeni strukturlar yaradıldı
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır