veten informasiya agentliyi

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb

Tarix:10-04-2021, 14:43
Baxış Sayı:33

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə  növbəti nəzarət postunda “saxla” işarəsi verilmişdir. Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə  xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərmişdir.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunmuşdur. Araşdırmalarla sürücü və sərnişinin  Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyən olunmuşdur.
 
Hal-hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
SAHİBƏ İMZASININ TƏRCÜMANI
SAHİBƏ İMZASININ TƏRCÜMANI
AzTU-da yeni strukturlar yaradıldı
AzTU-da yeni strukturlar yaradıldı
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır