veten informasiya agentliyi

Saleh Məmmədov yol idarələrinin sayını artırmaq istəyir, amma yolların keyfiyyətini yox

Tarix:8-02-2021, 11:30
Baxış Sayı:697

Saleh Məmmədov yol idarələrinin sayını artırmaq istəyir, amma yolların keyfiyyətini yox

Saleh Məmmədovun Şuşa şəhərində AAYDA-nın regional idarəsinin yaratmaq istəyi baş tutmadı.Prezident İlham Əliyev onun bu arzusunun qarşısını aldı.Amma ümdə bir arzu olub,Şuşada yol istismar idarəsi açmaq…

Aktualinfo.org xatırladır ki,hazırda AAYDA-nın balansında yol yaşıllaşdırma idarələri istisna olmaqla 86 Yol İstismar MMC var.Onlardan 7-si Magistral Yol İstismar İdarələri,13-ü isə Xüsusi Təyinatlı Yol İstismar İdarələridir. Azərbaycanda bu qədər yol istismar idarəsi olduğu halda yeni bir idarənin yaradılmasına ehtiyyac vardımı? Qeyd edək ki,bu 86 Yol İstismar idarələrinin böyük əksəriyyəti rayonlarda xırda-para işlərdən başqa heç bir iş görmədən dövlətdən vəsait alırlar.AAYDA sədri Saleh Məmmədova yaxınllığı ilə tanınan bir neçə Yol İstismar MMC isə qış-yay demədən çalışırlar,yəni daim işləri olur.Biz onların bəziləri ilə əvvəlki yazılarımızda oxucuları tanış etmişdik.İndi isə apardığımız son araşdırmanı diqqətinizə çatdırmaq istərdik.
Rəsmi verilən xəbərə görə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissələrinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında 30 iyul 2020-ci il tarixli Prezident sərəncamına uyğun olaraq Oğuz və Şəki şəhərlərinin yollarının yenilənməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC-nin hesabına ilkin olaraq 10 ( on milyon) manat pul ayrılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda isə qeyd olunur ki,hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38.1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Buna görə də sözügedən yolun hərəkət hissəsində rahat hərəkətə maneə yaradan çatlar və deformasiyalar əmələ gəlib ki, yol boyu yenidənqurma işləri həyata keçirilməklə maneəsiz hərəkət təmin edilməlidir. Aparılan işlər zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri, qazılmış hissələrdə yol yatağı və yol əsasının inşası, yol boyu mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, yeni səki daşlarının düzülməsi, səki və ayrıcı zolağın tamet daşlarla döşənməsi, yağış-kanalizasiya sisteminin bərpası və yeni sistemin yaradılmasından, sonuncu mərhələ üzrə yolun yeni asfalt-beton örtüklə döşənməsindən ibarətdir. Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işlərinin aparılaraq yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması planlaşdırılır. Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə nəzərdə tutulan işlərdəndir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib”.
Bəli ilk baxışdan AAYDA-nın rəsmi məlumatlarında və qeyd etdiyi planlarda qeyri-adi heç nə görünmür. Bəs görəsən bu ilin oktyabrın əvvəlindən başlanılan yenidənqurma işləri əslində necə həyata keçirilir? İşlərin gedişilə yaxındn tanış olduqda AAYDA nın rəsmiyyət xatirinə yuxarıda qeyd etdiklərinin çoxu hal hazırda həyata keçirilmir desək, yəqin ki,yanılmarıq.
Yerində apardığımız araşdırmalar və aldığımız məlumatlar heç də AAYDA-nın yaydığı rəsmi məlumatların doğru olmadığını təsdiqləyir. Belə ki, guya köhnə yolda çatların əməl gəlməsi səbəbindən yolun yararsız hala düşməsi barədə məlumat o qədər də doğru deyil. Faktiki olaraq hazırda sözügedən yol 50 ildir ki istiamar edilməsinə baxmayaraq yol səthi üzərində heç bir çatlar, çökmələr və ya yağış sularının təsiri nəticəsində çuxurlar əmələ gəlməmişdir. Sadəcə yolda əvvəldən də bir az nahamarlıq olmuşdur. Vəssəlam. Yararsız qruntun qazılaraq çıxarılmasına gəlincə isə qeyd edə bilərik ki, hazırda bu proses Oğuz rayonun Bucaq kəndi yaxınlığında baş verməkdədir. Maraqlı burasıdır ki, adətən köhnə yolun yenidən qurulması zamanı sadəcə əvvəlki asfalt qatının üz hissəsi xüsusi texnikanın köməyilə 4-5 sm dərinlikdə qaşınaraq kənarlaşdırılr. Lakin 27-31 yanvar tarixlərində apardığımız müşahidələrdə bunun tam əksini gördük. Xüsusi texnika 2 qat səpilmiş asfaltı 20 sm qalınlığında tamamilə qazaraq Daşağıl çayının sol sahilində Oravan kəndi istiqamətində yol kənarına daşınmasını həyata keçirirlər ki, sonradan yolun yatağının üst qatının örtülməsində köhnə asfalt qatından istifadə etsinlər. Lakin bu normativ qaydalara ziddir. Digər tərəfdən Şəki rayonun Zəyzid kəndi tərəfdən Vərəzət kəndi istiqamətinndə yerləşən çay yatağının daşlı-çınqıllı hissəsi qanunsuz olaraq qazılaraq Oravan kəndi yaxınlığına daşınaraq toplanır və buradan da ən çox vəsait silinən, 35 km uzunluğunda yol yatağının inşaası üçün istifadə edilir. Nəticədə təbiətə və ekologiyaya ciddi ziyan vurulur ki, yeni sel yataqlarının yaranmasına və 2 il əvvəl Göyçay şəhərində baş vermiş daşqın nəticəsində körpünün uçması ilə nəticələnə bilər. Bir sözlə, çay kənarlarındakı meşəliklrin və çay yataqlarının amansızcasına qazılaraq qanunsuz daşınmasına isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 və 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarələri rəhbərləri passiv tamaşaçı mövqeyindən yanaşaraq sadəcə gözlərini döyməklə məşğuldurlar. Lakin qanunvericiliyə görə, bu təbiətə vurulmuş ən böyük ekoloji cinayət hesab olunur.
”Avtomobil Yolları Haqqında” Azərbaycan Respublikası Qanununda xüsusilə vurğulanır ki,avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidirlər. Bizim Şəki şəhərində yerləşən ETSN-nin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi ilə telefon danışığımız zamanı onun bu məsələ heç bir münasibət bildirməməsi bizi çox təəccübləndirdi. Əslində magitral yol kənarında təbiətə vurulan külli-miqdarda ziyanın miqdarının hesablanması və aidiyyatı üzrə podratçı müəssisəsni cərimələmək əvəzinə bu dövlət qurumu digər dövlət qurumulə gizli sövdələşərək dövlət başçısının ilkin olaraq bu işin icrası üçün ayırdığı 10 milyon manat ayrılan vəsaitdən öz “payı”nı istəyir. Nəticədə, tərəflər arasında sövdələşmə baş tutur.
Bəs görəsən sifarişçi təşkilat hesab olunan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi adlı qurumun rəhbərliyi maxinasiyalarını həyata keçirməkdə nə qədər davam edəcək ? Bu suala 01 fevral 2021-ci ildə AZTV kanalına rəsmi müsahibə verən cənab president İlham Əliyev qısa da olsa aydınlıq gətirdi. Sensassiayalı müsahibədən də göründüyü kimi Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə dəhşətli faktları analiz etdikdə cənab baş yolçu hesab edilən Saleh Məmmədov və ətrafının az zamanda ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilməsinin səbəbini anlamaq olar.
Bu haqda çox yazılıb. Faktiki olaraq adamlar dövlətçiliyə, milli maraqlara cənab prezident İlham Əliyev siyasətinə xidmət etmək əvəzinə, əksinə pul davası açırlar. Yaxşı ki, bunun da rəsmi cavabını cənab president bütün ictimaiyyətə açıqladı. Artıq bu məşhur müsahibədən sonra ölkəmizin bütün sadə vətəndaşlarına aydın oldu ki, adları çəkilən 6 məmuru hansı aqibət gözləyir.
Hələlik isə cənab Saleh Məmmədov və ətrafında cəmləşən yaxınları yol manopoliyasını öz əllərinə keçirməklə, maxinatorluqlarını təkcə müşahidə apardığımız bir epizod üzrə, Oğuz-Şəki yolunun yenidən qurulması işində davam etdirməkdədirlər.
Əgər belə olmasaydı Saleh Məmmədov, adi bir dövlət məmuru kimi Avropada milyarlıq biznesə necə sahib ola bilərdi… Özü də bu xəbərlər mediada dərc olunanda sükunətlə qarşılayır. Bəs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “tender kralları” kimlərdir? Tenderlərdən kimlər qazanır…?
Bunlar Saleh Məmmədovun özünün də daxil olduğu möhtəşəm “kruq”dur. Bu “kruq”a sədr özü, AAYDA-nin baş xəzinadarı Müseyib Həmzəyev, “Göyçay-ATF” MMC-nin direktoru Azad Muradov daxildirlər.
Azad Muradov Ziya Məmmədovun adamı kimi tanınıb.Yəni,indi də Ramiz Mehdiyevə biət etməkdə davam edir. O 2018-ci ildən ATF şirkətinin direktorudur. Bu həmin şirkətdir ki, 2018-ci ilin iyunun 2-də il Göyçay çayının məcrasını 30 metr dərinləşdirməsi səbəbindən rayondakı körpü uçmuş,dövlətə 3 milyondan çox zərər vurmuşdu. Mətbuata da körpünün uçmasının əsas baiskarı kimi məhz ATF şirkətinin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi.

2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş hadisə ilə əlaqədar Respublika Baş Prokurorluğu, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri birgə məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalmışdır.
Aşkarlanan qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmış, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Məhz qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Rəhbərlikdə isə onu qardaşı əvəzlədi,həm də uğurla. Bunca antireklamdan sonra 2019 cu ildə Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün tender qalibi “ATF” MMC olub. Tender kralları zatən başqasını qalib etməzdilər. Azad Muradovun qardaşı oğlu Tehran Muradlı doğma Göyçayda AAYDA-nın 17 saylı Yol İstismar İdarəsinin rəisidir. Axı kənar şəxslərə rayonu “təmir” etməyi etibar etmək olmaz. Nəinki doğma Göyçay rayonu, indi də 2 il əvvəl dövlət başçısının tapşırığı əsasında ciddi cəzalanmış “Göyçay ATF” MMC –yə və 17 saylı Yol İstismar İdarəsinə 35 km uzunluğu olan Oğuz –Şəki yolunun yenidən qurulması işi həvalə edilmişdir. Guya AAYDA-nın 10 saylı Qəbələ, 11 saylı Oğuz, 12 saylı Şəki, 13 saylı Qax Yol İstismar idarələri MMC ləri tərəfindən bu iş görülə bilməzmiş. Axı daim talançılıqla məşğul olan bu adamların rəhbərliyi altında hazırda tikintisi davam edən Oğuz-Şəki yolunun hansı keyfiyyətindən danışmaq olar? Tikintini davam etdirən 17 saylı Yol İstismar İdarəsinə və ATF MMC-yə məxsus xüsusi texnikanın, yük avtomobillərinin Oğuz-Şəki yolunda gördükləri işlər zamanı bir nüans bizi çox kədərləndirdi. 35 km uzunluğunda olan köhnə asfalt tam qazılaraq daşınır, yerində isə xüsusi avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün heç bir alternativ yol inşa edilmir. Bu yolun savadsız inşaası nəticəsində avtomobillər keyfiyyətsiz formada hazırlanan daşlı-çınqıllı-palçıqlı-torpaqlı yolu 2 saata qət etməli olurlar.

Odur ki,hesab edirik Azərbaycanda yeni yol idarəsinin yaradılmasına heç bir ehtiyyac yoxdur. Mövcud olan Yol İstismar İdarələrinin fəaliyyətini müasir standartlar səviyyəsinə qaldırmaq və yolların çəkilişində keyfiyyətə üstünlük vermək lazımdır. Yəni, yol idarələrinin sayını artırmaq yox,çəkilən yolların keyfiyyətini yaxşılaşdırmaq lazımdar. Cənab prezidentin AAYDA rəhbəri cənab Saleh Məmmədova tutduğu ciddi iradlardan sonra “baş yolçu” yaxın günlərdə yəqin bir nəticə çıxaracaqdır. Əks təqdirdə onu və digər son xəbərdarlıq alan 5 məşhur məmuru karyerası acı sonluqlarla nəticələnən digər nazirlərin taleyi gözləyir.

Aktualinfo.org

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə