veten informasiya agentliyi

Koronavirusun dördüncü dalğası daha qorxulu olacaq - AKADEMİK

Tarix:25-09-2020, 04:47
Baxış Sayı:528

Koronavirusun dördüncü dalğası daha qorxulu olacaq - AKADEMİK

Son doqquz ayda dünyada koronavirus pandemiyası nəticəsində təxminən 1 milyon insan ölüb, eyni dövrdə ürək-damar xəstəliklərindən 17 milyona yaxın ölüm faktı qeydə alınıb.

Bu cür statistik məlumatları Rusiya Elmlər Akademiyasının akademiki, Kardioloq Cəmiyyətinin prezidenti, Səhiyyə Nazirliyinin baş mütəxəssisi Yevgeni Şlyakşto təqdim edib.

Mütəxəssis “Ürəyinizin yaşını ölçün” onlayn layihəsinin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı koronavirusun ikinci və ya üçüncü dalğasının deyil, dördüncü dalğasının daha qorxulu olacağını qeyd edib. Akademik pandemiyanın səbəb olduğu uzaq sağlamlıq problemlərini nəzərdə tutub. Məsələn, psixi travmanın və ya xroniki xəstəliklərin kəskinləşməsinin nəticələri. Onun fikrincə, dördüncü dalğa üçün əsas risk qrupu ürək-damar xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkən insanlar olacaq. Akademik pandemiyanın əsas dövrünü yalnız ən müasir və yenilikçi təbabətə sahib olan ölkələrin keçdiyini vurğulayıb.

Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasını “beşinci qiyamət” adlandırmışdı. Onun sözlərinə görə, mikroskopik virus “bütün dünyanı diz çökdürdü”. //Publika.az

Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib