veten informasiya agentliyi

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

Tarix:22-09-2020, 12:46
Baxış Sayı:159

Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”

Cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla bağlı fikirlərini bildirib.

O, bu gün Gənclər və İdman Nazirliyinin “Facebook” hesabındakı canlı yayım zamanı özü ilə bağlı bəzi məsələlərə toxunub. 32 yaşlı idmançı qeyd edib ki, gələcəkdə veteranlar arasında yarışda iştirak edə bilər:

“Veteranlar arasında yarışlarda iştirak etmək istərdim. Amma həmin yarışlarda iştirak etməyə yaşım imkan vermir. Bununla belə, gələcəkdə belə yarışlarda iştirakım mümkündür”.

İngilis dilimi təkmilləşdirmək üzərində işlədiyini bildirən Elnur Məmmədli qapalı zallarda məşq etməyə icazə verilməməsinə də münasibət bildirib:

“Biz özümüz-özümüzə həkim olmalıyıq. Zallar da ona görə açılmır ki, biz özümüzü virusdan qorumuruq. Hökumət buna uyğun olaraq qərar verir. Olimpiya çempionu olaraq mən də istərdim ki, qapalı zallar açılsın. Amma görünür, yoluxma sayındakı statistikaya baxılıb, belə qərar verilir”.

E.Məmmədli idmançı karyerasında başına gələn maraqlı əhvalat da danışıb:

“İdmançı olan vaxt çəki ilə bağlı problemim həmişə olub. Həmişə 73 kiloqramda yarışmışam. Amma bir dəfə 81 kiloqramda Moskvada Böyük Dəbilqə yarışında iştirak etməli idim. Çəkimin artdığını məşqçimdən gizlətmişdim. Tərəziyə çıxanda çəkim 88 kiloqram çıxdı. Məşqçim dedi ki, deyəsən, tərəzi səhv göstərir. Sonradan çəkimi 15 kiloqram salmaq üçün məni əməlli-başlı danladılar”.

“Özümü hələlik baş məşqçi qismində görmürəm. Amma sevindirici haldır ki, artıq sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev təyin olundu. Dünən zəng vurub, onu təbrik etmişəm.

Hər zaman uduzanda zəif idmançılara uduzmuşam. Güclü idmançılara qarşı yaxşı köklənirdim. Zəif idmançılarla qarşılaşanda özümə çox arxayın olurdum. Ona görə də uduzurdum.

Cüdo ilə məşğul olmasaydım, idman növü kimi futbolu və bir də hokkeyi seçərdim”, – deyə Elnur Məmmədli bildirib.

Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində aparılan işlərə dair mətbuat konfransı keçirilib
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru layihəsinin təqdimat görüşü baş tutub.
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
SAHİBƏ İMZASININ TƏRCÜMANI
SAHİBƏ İMZASININ TƏRCÜMANI
AzTU-da yeni strukturlar yaradıldı
AzTU-da yeni strukturlar yaradıldı
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır