veten informasiya agentliyi

“Xəzər TV”də nə baş verir? – Murad Dadaşovdan AÇIQLAMA

Tarix:2-09-2020, 05:24
Baxış Sayı:563

“Xəzər TV”də nə baş verir? – Murad Dadaşovdan AÇIQLAMA

Son günlər “Xəzər TV”nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara tez-tez rast gəlirik.

Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar mövcuddur.

Məsələ ilə bağlı “news24.az”a açıqlama verən “Xəzər TV”nin rəhbəri Murad Dadaşov son hadisələrin yaranma səbəblərini və nədən qaynaqlandığını belə izah edib:

“Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz “Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verlişləri “Dalğa TV”də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır.

Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı “Xəzər” Televiziyasında yeni layihələr nəzərdə tutulub”.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq