veten informasiya agentliyi

"Azarkeşlər "Qarabağ"la oyunu heç vaxt unutmayacaqlar"

Tarix:13-05-2020, 08:40
Baxış Sayı:429

"Azarkeşlər "Qarabağ"la oyunu heç vaxt unutmayacaqlar"
"Qarabağ" digər qarşılaşdığımız komandalardan fərqli səviyyədə idi. Qısa müddətdə hesabda önə keçdilər. Amma birinci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim”.

Qol.az xəbər verir ki, bu sözləri Şimali İrlandiyanın "Linfild" klubunun futbolçusu Mark Stafford deyib.

Şimali irlandiyalı futbolçu yerli mətbuata açıqlamasında karyerası ərzində unuda bilmədiyi 3 matçın adını çəkib. O, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı evdə 3:2 hesabı ilə məğlub etdikləri görüşün də unudulmaz olduğunu bildirib:

“Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və 3:2 hesabı ilə qalib gəldik. Avrokubok oyunlarından öncə İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olduq və bu, komandamıza çox yaxşı təsir etdi. Avrokubok oyunlarında iştiraka başlayanda ən yaxşı formada idim.

"Qarabağ"la oyunda "Vindsor Park" stadionundakı atmosfer əla idi. Bu, klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok oyunu fərqlidir, hər zaman böyük izdiham yaşanır".

Xatırladaq ki, "Qarabağ" səfərdə 2:3 uduzsa da, Bakıda 2:1 hesablı qələbə ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi.

Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Novruz Aslanov kəndlərdə seçiciləri ilə görüşüb -Fotolar
Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib