veten informasiya agentliyi

İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardı

Tarix:25-12-2019, 14:37
Baxış Sayı:721

İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardı


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı dörd vəzifəli şəxsi işdən çıxarıb.
Unikal.org məlumatına görə, icra başçısı Asif Ağayevin əmri ilə müavini - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qələndərov Məhəmməd Cavad oğlu, digər müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Heydərov Elnur Eldar oğlu, İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu tutduqları vəzifəsindən azad ediliblər.

Hələlik Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun digər əmri ilə Məmmədova Yeganə Kərəm qızı Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məmmədov Tofiq Canbaxış oğlu Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, keçmiş İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu isə həmin şöbədə məsləhətçi təyin ediliblər.

Xəbəri Beyləqan Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü