sosial - Via.az http://via.az/ tr sosial - Via.az DataLife Engine Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub http://via.az/gundem/26327-amaxda-znmulluq-proqram-rivsind-qurulmu-tsrrfatlara-bax-olub.html http://via.az/gundem/26327-amaxda-znmulluq-proqram-rivsind-qurulmu-tsrrfatlara-bax-olub.html Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Rayonda yaradılmış sosial müəssisənin fəaliyyəti ilə tanışlıq olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial müəssisənin fəaliyyəti ilə tanış olub.
Burada yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən çoxuşaqlı anaların məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış şəraitə baxıb. Hazırda müəssisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin olunub, o cümlədən 10 nəfər özünüməşğulluq proqramı çərçivəsində dərzi fəaliyyəti göstərir.
Daha sonra özünüməşğulluq proqramı çərçivəsində Şamaxı şəhər sakinləri İnsanova İradə və Xəlilova Mahizər üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.
İ.İnsanova kiçik dərzi sexi, M.Xəlilova isə qadın gözəllik salonu xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.
Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.]]>
admin Sun, 24 Dec 2023 15:12:45 +0400
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib http://via.az/gundem/26326-qardalam-qaraba-mktblri-layihsi-rivsind-nvbti-drgnin-al-mrasimi-keirilib.html http://via.az/gundem/26326-qardalam-qaraba-mktblri-layihsi-rivsind-nvbti-drgnin-al-mrasimi-keirilib.html “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində növbəti düşərgənin açılış mərasimi keçirilib
Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzində III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin açılışı baş tutub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndiririb.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev düşərgə iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb.
"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə belə bir təşəbbüs üçün Fondun rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.
Daha sonra Milli Məclisin deputatları Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Fatma Yıldırım, Jalə Əhmədova, Qazaxıstan Respublikası Türkistan vilayəti “Qarabağ” Azərbaycan Etno-Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva çıxış edərək, düşərgənin işinə uğurlar arzulayıblar.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan 44 günlük Vətən savaşına həsr olunmuş videoçarx və “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində keçirilmiş öncəki düşərgənin video çarxı nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin “Xəzri” istirahət və sağlamlıq mərkəzinin tərəfdaşlığı ilə 21-27 dekabr 2023-cü ildə baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın övladları iştirak edəcək. Layihəyə Qazaxıstandan və Azərbaycandan ümumilikdə 20 şagird, 3 təlimçi qatılıb. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə ümummilli liderin əziz xatirəsinə həsr olunub.
Qeyd edək ki, bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci ildə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. 7-13 avqust 2023-cü il tarixində isə düşərgənin 2-ci hissəsi İsveçrədə baş tutub. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi planlaşdırılır.
Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər (V) Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilir.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri yaradılıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq və ölkəmizlə bağlı həqiqətləri aşılamaqdır.]]>
admin Sun, 24 Dec 2023 15:10:21 +0400
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib http://via.az/gundem/26325-sidneyd-heydr-liyevin-100-illik-yubileyi-qeyd-edilib.html http://via.az/gundem/26325-sidneyd-heydr-liyevin-100-illik-yubileyi-qeyd-edilib.html Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Avstraliya İttifaqının Sidney şəhərində “Heydər Əliyev İli” çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin dəstəyi, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Avstraliyanın Yeni Uels ştat parlamentinin senatoru xanım Anne Stanly, Sidney şəhərində yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, şəhər bələdiyyə şurasının üzvləri və digər ictimai-siyasi xadimlər, habelə bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ulu öndər Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə tanış olublar. Sonra Azərbaycan Respublikası və Avstraliya İttifaqının Dövlət himnləri səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstraliyadakı, eyni zamanda Yeni Zelandiyada və Fici Respublikasında akkreditə olunmuş səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yerindən və müstəqilliyimizin qorunmasındakı rolundan söz açıb. Diplomat qeyd edib ki, hər bir xalq öz müstəqillik tarixində saysız faciələrlə üzləşib, lakin çox az sayda xalqlar bu mübarizədən qalib və zəfərlə çıxa bilib. Bu gün Azərbaycan xalqının qazandığı zəfər və qələbənin təməli məhz onun müdrik lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ən böyük arzusu, onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən gerçəkləşdirilib və Müzəffər Ali Baş Komandan Xankəndidə dövlət bayrağımızı ucaltmaqla Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa edib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn və dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın xalq artistləri - xanəndə Mənsum İbrahimov, tarzən Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimov çıxış ediblər. M.İbrahimovun ifasında səslənən muğamlar, Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Tədbir iştirakçıları bu möhtəşəm ifaları ayaq üstə alqışlayıblar.]]>
admin Sun, 24 Dec 2023 15:07:39 +0400
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib http://via.az/gundem/26324-nazir-sahil-babayev-amaxda-vtndalar-qbul-edib.html http://via.az/gundem/26324-nazir-sahil-babayev-amaxda-vtndalar-qbul-edib.html Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı şəhərində Şamaxı və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əlillik, ünvanlı dövlət sosial yardımı, mənzil və avtomobil təminatı və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.]]>
admin Sun, 24 Dec 2023 14:59:52 +0400
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib http://via.az/gundem/26323-stiqlal-savanda-nsib-by-yusifbyli-yolu-mvzusunda-elmi-konfransn-materiallar-nr-edilib.html http://via.az/gundem/26323-stiqlal-savanda-nsib-by-yusifbyli-yolu-mvzusunda-elmi-konfransn-materiallar-nr-edilib.html “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib
“İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları nəşr edilib

Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfransın materialları çap olunub.
Kitabın təqdimat mərasimində Aİİ rektoru, dosent Aqil Şirinov bildirib ki, XIX əsrin sonu–XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinləri üzərinə böyük yük düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusifbəylinin xüsusi yeri var.
Nəsib bəy Yusifbəylinin həyatını xalqına həsr edən şəxsiyyət olduğunu vurğulayan rektor onun qısa ömür yaşamasına baxmayaraq, böyük xidmətlər göstərdiyini qeyd edib. O, yaşadığı və fəaliyyət göstərdiyi dövrdə daim Azərbaycan mədəniyyəti, inkişafı yolunda dayanmadan səylə çalışıb.
Azərbaycan “Türk Ocağı”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Azərbaycan tarixinin Milli Azadlıq Hərəkatında N.Yusifbəylinin oynadığı xüsusi roldan bəhs edib. N.Yusifbəylinin Xalq Cümhuriyyətinin başlıca simalarından biri olduğunu bildirən Akif Aşırlı onun Baş nazir və maarif naziri olduğu dönəmlərdəki fəaliyyətini yüksək qiymətləndirib.
Dövlət İdarəçilik Akademiyası (DİA) “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Nəsib bəy Yusifbəylinin ictimai-siyasi, dövlətçilik fəaliyyətində istiqlalçılığın aparıcı xətt kimi mühüm yer tutduğunu bildirib.
Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, siyasi elmlər üzrə fəlsəfə doktoru Qərənfil Xəlilova, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Nəsib bəy Yusifbəylinin parlament və mətbu fəaliyyəti, maarifçilik ideyaları, görkəmli dövlət xadiminin irsinin tarixi əhəmiyyəti barədə çıxış ediblər. Maarifçi ziyalının Cümhuriyyət dövründəki fəaliyyətini qeyd edərək, milli şüurun formalaşmasında əvəzsiz xidmətlərindən söhbət açıblar.]]>
admin Sun, 24 Dec 2023 14:44:06 +0400
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu http://via.az/gundem/26055-qayya-ehtiyac-v-lilliyi-olan-xslr-dstk-ctimai-birliyin-sdri-yasmn-qyyumlu.html http://via.az/gundem/26055-qayya-ehtiyac-v-lilliyi-olan-xslr-dstk-ctimai-birliyin-sdri-yasmn-qyyumlu.html Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi "2024 cü ilin Qrant müsabiqələri informasiyası" sessiyasiyada iştirak edib.
Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tədbiri mükəmməl şəkildə idarə edərək, QHT rəhbərlərinin rastlaşdığı problemlər və gələcəkdə icra ediləcək layihələrlə bağlı verilən suallara geniş formatda və çoxşaxəli şəkildə cavab veriblər. Tədbirdə 90 QHT rəmsil olunmuşdur.
Maarifləndirici xarakter daşıyan sessiyada Birlik sədri Yasəmən Qəyyumlu həm özü , həm də digər həmkarlarının səsləndirdiyi suallara dolğun cavab və düzgün istiqamət verdiyi üçün sessiyanın gedişatından razı qaldığını bildirib və təşkilatçılara xüsusi təşəkkür edib.
Fərid Səfərov
Birliyin mətbuat katibi]]>
admin Tue, 24 Oct 2023 08:08:21 +0400
Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb http://via.az/gundem/26044-nyu-yorkun-mhur-parknda-azrbaycan-bayra-ucaldlb.html http://via.az/gundem/26044-nyu-yorkun-mhur-parknda-azrbaycan-bayra-ucaldlb.html Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb
Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb
Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb
Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb
Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb

ABŞ-ın Nyu-York şəhərinin maliyyə mərkəzi hesab olunan “Wall Street” küçəsində yerləşən məşhur “Bowling Green” parkında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Dövlət Bayrağının qaldırılma mərasimi keçirilib.
Azərbaycan Nyu-York Assosiasiyası üzvlərinin təşkilatçılığı ilə baş tutan mərasimdə Nyu-York meriyasının təmsilçiləri, azərbaycanlı diplomatlar, soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdələnli və vitse-prezidenti Zəminə Mirhadıyeva bayram münasibətilə təbrik ediblər. Builki bayramın fərqli olduğuna, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Qarabağ üzərində tam bərpa edilməsi fonunda keçirildiyinə diqqəti cəlb ediblər.
Sonra Azərbaycan Dövlət Himninin sədaları altında üçrəngli şanlı bayrağımız Nyu-York səmasına ucaldılıb və ABŞ bayrağı ilə yanaşı dalğalandırılıb.
Tədbir zamanı soydaşlarımız və şəhərin turistləri Azərbaycan bayrağının fonunda şəkillər çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Bayrağı şəhərin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green”də 10 gün müddətində dalğalandırılacaq. Oktyabrın 27-dən isə Azərbaycan bayrağını Türkiyə bayrağı əvəz edəcək. Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə bu yerdə Türkiyə bayrağı səmaya ucaldılacaq.
]]>
admin Thu, 19 Oct 2023 20:44:33 +0400
Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib http://via.az/gundem/26041-komit-sdri-fransal-hquqnas-aradrman-qbul-edib.html http://via.az/gundem/26041-komit-sdri-fransal-hquqnas-aradrman-qbul-edib.html Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov daxili təhlükəsizlik və inzibati hüquq üzrə tanınmış fransalı hüquqşünas-araşdırmaçı Kristian Valları qəbul edib.
Qonağı salamlayan Komitə sədri dövlətimizin diaspor siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, Azərbaycanın Qarabağ bölgəsində apardığı son antiterror tədbirlərinə gətirib çıxaran səbəblər, erməni əhalisinə və mülki infrastruktura heç bir zərər yetirilmədiyi və təzyiq göstərilmədiyi faktlarının Xankəndiyə və ətrafına səfər etmiş BMT missiyası tərəfindən təsdiqləndiyi, erməni əhalisinin Qarabağ bölgəsində yaşaması üçün Azərbaycan dövlətinin təklif etdiyi reinteqrasiya şərtləri barədə ətraflı danışıb. Eyni zamanda Azərbaycan ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində həll olunmuş Qarabağ məsələsi ilə bağlı Fransanın ölkəmizə qarşı tutduğu qərəzli mövqedən təəssüfləndiyi diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Kristian Vallar paytaxt Bakıdakı görüşləri, Füzuliyə səfəri və Azərbaycan icmasının Fransada fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Azərbaycana səfərinin baş tutmasına görə təşkilatçılara minnətdarlığını bildirib.
Görüşdə “Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.
Qeyd edək ki, tanınmış ekspert ictimai hüquq üzrə bakalavr və magistr dərəcələrini Nitsa Universitetində tamamlayıb. O, İnzibati, Konstitusiya, Maliyyə və Fiskal Hüquq üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzini (CERDACFF) təsis edib. İndiyədək Nitsa Sophiya Antipolis Universitetində, Savoya Universitetində, Cote d'Azur Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Nitsa Universitetinin Hüquq fakültəsi və Rumıniyanın Pitesti Universiteti ilə əməkdaşlıq proqramının meneceri kimi fəaliyyətini davam etdirir. Azərbaycan Elmlər Akademiyasının fəxri doktoru və fəxri professoru adına, Azərbaycan Dillər Universitetinin ekspert qiymətləndiricisi statusuna layiq görülüb.
]]>
admin Thu, 19 Oct 2023 20:37:48 +0400
Xankəndidə Azərbaycan Bayrağının ucaldılması münasibətilə Amsterdamda poçt markası buraxılıb http://via.az/gundem/26040-xankndid-azrbaycan-bayrann-ucaldlmas-mnasibtil-amsterdamda-pot-markas-buraxlb.html http://via.az/gundem/26040-xankndid-azrbaycan-bayrann-ucaldlmas-mnasibtil-amsterdamda-pot-markas-buraxlb.html Xankəndidə Azərbaycan Bayrağının ucaldılması münasibətilə Amsterdamda poçt markası buraxılıb
Niderland Krallığının Ansterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalanmasını əks etdirən poçt markaları çap edilib.
Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində “Qarabağ Azərbaycandır!” və “Xankəndi” sözləri yazılıb.
Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Heydər Əliyev - 100”, “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi - 880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.
]]>
admin Thu, 19 Oct 2023 20:35:14 +0400
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib http://via.az/gundem/26035-hr-gnlrin-hsr-olunmu-tdbir-keirilib.html http://via.az/gundem/26035-hr-gnlrin-hsr-olunmu-tdbir-keirilib.html Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Füzuli, Zəngilan və Qubadlı şəhər günləri münasibətilə tədbir keçirilib.
Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, sonra Dövlət Himni səsləndirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad olunan şəhərlərin günlərinin təsis edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İnstitut rəhbəri Vətən müharibəsi zamanı işğaldan azad olunan Füzuli, Zəngilan və Qubadlı şəhər günlərinin qeyd olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, bu ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Qarabağda müstəqilliyimizin tam bərpa edilməsini, cənab Prezidentin Xankəndi və digər tarixi torpaqlarımızda bayrağımızı qaldırmasının qürur mənbəyimiz olduğunu söyləyib. Rektor deyib ki, bu şanlı tarix cənab Prezidentin hakimiyyətə gəlməsinin 20-ci ildönümündə yaşanır.
A.Şirinov Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Daha sonra AMEA Tarix İnstitutu Azərbaycan Respublikası dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov çıxış edib. M.Əmrahov tarixi günlər münasibətilə hər kəsi təbrik edib. O, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinin və dövlət müstəqilliyimizin bərpası gününün qeyd edildiyi tarixi günlərdə xalqımızın böyük sevinc yaşadığını nəzərə çatdırıb.
M.Əmrahov hər şəhər – Füzuli, Zəngilan, Qubadlı ilə bağlı tarixi faktları qeyd edib. Tarix boyu Qarabağ torpaqlarının hər zaman diqqət mərkəzində olduğunu, ermənilərin bu torpaqları işğal etmək siyasətini vurğulayıb. Həmin ərazilərin əlverişli, strateji mövqelərdə yerləşdiyini diqqətə çatdıran M.Əmrahov işğal dövründə şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin viran edildiyini, mədəni irsimizə böyük zərbə vurulduğunu, tarixi-mədəni və dini abidələrimizin, məscidlərimizin dağıdılaraq vandalizmə məruz qaldığını vurğulayıb.
]]>
admin Wed, 18 Oct 2023 08:52:03 +0400