siyaset - Via.az http://via.az/ tr siyaset - Via.az DataLife Engine ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib http://via.az/gundem/26067-ab-n-apel-hill-hrind-heydr-liyevin-100-illiyi-qeyd-edilib.html http://via.az/gundem/26067-ab-n-apel-hill-hrind-heydr-liyevin-100-illiyi-qeyd-edilib.html ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

ABŞ-ın Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən Sancar Türk Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Sancar və xanımı, Çapel Hill şəhər meri Pam Hemminger, Türkiyə Cumhuriyyətinin Vaşinqtondakı səfirliyinin missiya rəhbərinin müavini Fatih Öztürk, Şimali Karolina ştatının 9-cu dairəsindən Konqresin Nümayəndələr Palatasına namizəd olmuş Ramin Məmmədov, yerli ictimaiyyətin, türk, pakistan və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal iştirakçıları salamlayıb.
Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli filmin nümayişi ilə davam edən tədbirdə çıxış edənlər görkəmli dövlət xadiminin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlərindən danışıb və onunla bağlı xatırələrini bölüşüblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, eləcə də Müstəqilliyin Bərpası Günü münasibətilə soydaşlarımızı təbrik ediblər.
Tədbirin bədii hissəsində Azərbaycandan dəvət olunan xanəndə Almaxanım Əhmədlinin ifasında muğam və mahnılarımız səsləndirilib. Azərbaycan Dostluq Təşkilatının nəzdində fəaliyyət göstərən “Bakı-Təbriz-İstanbul” xor qrupunun və rəqs qrupunun ifalarında “Azərbaycan, sənsən mənim” mahnısı və “Şuşanın dağları” rəqsi təqdim olunub.
Tədbir çərçivəsində Heydər Əliyevin bir əsrlik yubileyini əks etdirən nəfis kitablar və fotosərgi nümayiş etdirilib.
]]>
admin Tue, 24 Oct 2023 20:51:01 +0400
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq http://via.az/gundem/26002-44-gnlk-qhrmanlq-savamz-tarix-boyu-anl-qrur-mnbyimiz-olaraq-qalacaq.html http://via.az/gundem/26002-44-gnlk-qhrmanlq-savamz-tarix-boyu-anl-qrur-mnbyimiz-olaraq-qalacaq.html 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu.

Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.

Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi.

Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir

vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.

Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi.

Vaxt gələcək 30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti isə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir.

Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq...

Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.


44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

DİLQƏM MƏHƏRRƏMOV,
Plastik, estetik, rekonstruktiv cərrah,
tibb üzrə fəlsəfə doktoru
]]>
admin Thu, 12 Oct 2023 10:22:47 +0400
İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir" http://via.az/gundem/26000-lham-liyev-bu-gn-azrbaycan-btn-reytinqlrd-n-qabaqcl-yerlrddir.html http://via.az/gundem/26000-lham-liyev-bu-gn-azrbaycan-btn-reytinqlrd-n-qabaqcl-yerlrddir.html İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"


Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından izlənməkdə, diqqətlə öyrənilməkdədir. Bu sahədə araşdırma aparan təşkilatların, ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə, dünya dövlətlərinin lideri statusunu daşıyır. Bunun önəmli səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının inkişafının təkcə enerji sektoru üzərində köklənməyərək, digər mühüm sferaları da əhatə etməsidir.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir. Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verir. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
İqtisadi sahədə qazanılan uğurlar əhalinin maddi-rifah halının yüksəlməsində, həyat tərzinin yaxşılaşmasında, yeni, modern sosial infrastrukturun yaradılmasında da özünü qabarıq büruzə verir. Bunun nəticəsidir ki, Azərbaycan həm də yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alır, dünya miqyasında da etiraf edilir və aparılan araşdırmaların nəticəsində öz əksini tapır. Bu mənada, ABŞ-ın məşhur "Newsweek" ictimai-siyasi jurnalı tərəfindən ötən il tərtib edilən "Dünyanın ən yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində Azərbaycanın da adının yer alması tamamilə təbii qarşılanmalıdır. Məlumat üçün bildirək ki, jurnal 100 ölkəni 5 kateqoriya - səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə edib. Azərbaycan ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə alıb. Ancaq o da faktdır ki, ölkəmizdə sarsılmaz siyasi sabitlik mövcuddur. Təhsilin, səhiyyənin, elmin səviyyəsi isə sürətlə yüksəlməkdə, sözügedən sahələrin dünya standartları səviyyəsinə gətirilməsi üçün müvafiq addımlar atılmaqdadır.
İqtisadi inkişafa gəlincə, bundan əvvəl müxtəlif təşkilat və institutlar, ekspertlər tərəfindən açıqlanan hesabatlarda, proqnozlarda da Azərbaycan daim yüksək səviyyədə qiymətləndirilib. Məsələn, cari ilin əvvəllərində dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib.
Xatırladaq ki, jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.
Diqqəti cəlb edən daha bir fakt ondan ibarətdir ki, "İnternational Living"in hesablamaları göstərir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidədir. Həmçinin, iqtisadi tərəqqisinə görə Azərbaycan artıq inkişaf etmiş ölkələrlə daha çox müqayisə edilir. Məsələn, "İnternational Living" jurnalının açıqladığı reytinq göstəricisində dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.
Dünyanın ən böyük təşkilatı olan BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivlər 2010" adlı hesabatında Azərbaycanın 2009-cu ildə yüksək iqtisadi artım nümayiş etdirdiyi, cari il ərzində də bu artım tempinin qorunub saxlanacağı bildirilir. Azərbaycan iqtisadiyyatının qazandığı uğurlara təkcə BMT yox, dünyanın digər nüfuzlu qurumları, araşdırma institutları, nəşrləri səviyyəsində də xüsusi diqqət yetirilir, ölkəmizin bu kateqoriya üzrə postsovet məkanında lider mövqedən çıxış etdiyi vurğulanır.
Bəzi nüfuzlu beynəlxalq qurumların araşdırmalarından və dərc etdikləri hesabatlardan o da aydın olur ki, əslində, iqtisadi inkişaf göstriciləri ilə yanaşı, islahatlar tempinə görə də Azərbaycan dünya miqyasında öndə gedən dövlətlər sırasında yer alır. Məsələn, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəddə bildirilir ki, qlobal rəqabətlilik indeksi baxımından Azərbaycan MDB-nin lider dövləti mövqeyindədir. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillər sırasında ilk olaraq ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim edilən islahatlar mühüm rol oynayıb. Bundan əvvəl isə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan iş prosesinin gerçəkləndirilməsi üçün çox əlverişli mühit yaradıb. Ötən il açıqlanan yeni hesabatda isə bildirilib ki, sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahədə nümayiş etdirdiyi dinamik inkişaf tempinə beynəlxalq maraq böyükdür. Dünyanın nüfuzlu beynəlxalq qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin və ekspertlərinin ümumi rəyindən isə belə aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli inkişaf tempini qoruyub saxlayacaq.

İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"


Aytən Musayeva,
həkim kardioloq]]>
admin Wed, 11 Oct 2023 11:28:17 +0400
Xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə ehtiramının əyani təzahürü http://via.az/gundem/25998-xalqn-z-liderin-mzffr-srkrdsin-ehtiramnn-yani-tzahr.html http://via.az/gundem/25998-xalqn-z-liderin-mzffr-srkrdsin-ehtiramnn-yani-tzahr.html Xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə ehtiramının əyani təzahürü


44 günlük İkinci Qarabağ müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım da belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

Son 17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza-Cəbrayıl, Füzuli və Ağdama səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları, möhtərəm Prezidentimizin Azərbaycanın gələcəyi ilə bağlı prioritetləri açıqlaması və sair kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Cəbhə bölgələrimizdən gələn hər bir qələbə xəbərini, o cümlədən Zəfər Günümüzü özünün “Twitter” səhifəsində paylaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Artıq bu istək gerçəkləşir. Qarşıdakı illərdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr- quruculuq dövrü başlayır. Sentyabrın 27-dək məcburi köçkün adını daşıyan bir milyondan artıq soydaşımız tezliklə Böyük Qayıdışın iştirakçısı olacaq.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” fikirləri ilə, eyni zamanda, ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını doğrultmasından, ən əsası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını da ifadə etmişdir.


Xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə ehtiramının əyani təzahürü
Kamil Qurbanov,
İş adamı
]]>
admin Tue, 10 Oct 2023 11:35:14 +0400
Azərbaycan imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqlədi http://via.az/gundem/25996-azrbaycan-imzas-qdr-sznn-d-hmiyytli-olduunu-bir-daha-tsdiqldi.html http://via.az/gundem/25996-azrbaycan-imzas-qdr-sznn-d-hmiyytli-olduunu-bir-daha-tsdiqldi.html Azərbaycan imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqlədi

Son 17 il Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişaf etdirilməsi ilə xarakterizə olunur. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələrini qurur və inkişaf etdirir. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin imzalanması həm bu beynəlxalq təşkilatla, həm də quruma üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələ açdı.

Azərbaycan ötən 17 ildə beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır. Onu da qeyd edək ki, hazırda Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, həmçinin dünyanın aparıcı dövlətlərinin yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.

Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin əyani göstəricisidir. Bir sözlə, ölkəmiz dünya, o cümlədən region dövlətləri ilə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu atdığı hər bir addımında təsdiqləyir.

Azərbaycan gerçəkliyə çevirdiyi enerji layihələri ilə regional inkşafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan dünyanın enerji xəritəsinin yenidən tərtib edib. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir.

Ötən ilin mühüm tədbirləri sırasında yer alan Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dövlətimizin başçısı İlham Əliyevin nitqi tarixi əhəmiyyəti ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi dərslə yadda qaldı: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

Son 17 ildə Azərbaycanın diplomatik uğurlarının miqyası genişliyi ilə diqqət çəkir. Bunlar isə öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaratdı. Dövlətimizin başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir.


Azərbaycan imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqlədi
Məhəmməd Əfəndiyev,
Cərrah-Fleboloq
]]>
admin Tue, 10 Oct 2023 11:32:45 +0400
Zakir Fərəcova şok ittiham: Prezidentin büdcədən ayırdığı pullar… http://via.az/gundem/25990-zakir-frcova-ok-ittiham-prezidentin-bdcdn-ayrd-pullar.html http://via.az/gundem/25990-zakir-frcova-ok-ittiham-prezidentin-bdcdn-ayrd-pullar.html Zakir Fərəcova şok ittiham: Prezidentin büdcədən ayırdığı pullar…


Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı dərc olunan tənqidi yazılar, çoxdandır ki, ölkənin media vasitələrini, sosial şəbəkələri, eləcə də, araz.az xəbər portalını belə zəbt edib. Dərc olunan yazılardakı, internet səhifələrindəki və sosial şəbəkələrdəki şərh yönlü açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlığı ilə üzləşənlərin başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, indiyədək bu haqlı şikayətlərə yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdiyi özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi önə çəkilir. Di gəl ki, bütün bunlar, daha dəqiq desək, qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyü” barədə xüsusi olaraq vurğulananlar, reallıq və gerçəkləri, hələ ki, dəyişmir. Çox təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi və mövcud qanunlarımızın gücü bir daha heçə endirildi.

Həmin yazı, açıqlama və şərhlərdə göstərildiyi kimi, dəhşət ondadır ki, Zakir Fərəcov adlı bəlanın sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq, cəmiyyətdə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Bütün bunlar, sanki o deməkdir ki, Sumqayıt icra başçısı və onun cinayət ortaqları öz şəxsi mənafeləri naminə, məqsədli şəkildə hakimiyyətə qarşı yırtıcı siyasət önünə keçənlərin sıralarına qoşulublar və son vaxtlar “dəmir barmaqlıqlar” arxasına göndərilən yüksək səlahiyyət sahibi məmurlar kimi, onların da, bu acı taleyi yaşamalarının artıq vaxtı yetişib.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb edən və sonradan onlara çatacaq halal milyonlarla qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsində olan yazılardır. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, Sumqayıt şəhərinin girişində və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarın təmir-tikintisi və abadlaşdırılma işlərinə büdcədən ayrılan və bu önəmli işləri xərclənməsi nəzərdə tutulan milyonların iş görən firma və şirkətlərə verilməməsi sahibkarların haqlı narazılıqlarına səbəb olub. Daha doğrusu, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri hər zamankı metodlarından günü bu günədək yararlanmaqdadırlar. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoymaqla istəklərinə qismən çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə da, əzələ nümayiş etdirə biliblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb. Heç yerdən onlara kömək edən tapılmayıb. Həmin iş adamları, bu günlərdə də, milyonlarla pullarını hələ də ala bilmədiklərinə görə, kömək üçün ölkə başçısına daha bir Müraciət göndəriblər. Elə, araz.az-ın da, deyilənlər barədə yazıları çox
olduğundan, daha bir geniş yeni yazı ilə, dəyərli oxucularımızın dəyərli vaxtlarını almağı lazım bilmədik. Onlara da, məsləhət gördük ki, iş adamlarının bir nüsxəsini araz.az-ın redaksiyasına göndərdikləri və olduğu kimi indi dərc etdiyimiz aşağıdakı Müraciəti oxumaları kifayətdir ki, yuxarıda deyilənlər barədə daha ətraflı məlumatları olsun:
“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə]]>
admin Mon, 09 Oct 2023 21:37:15 +0400
Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?! http://via.az/gundem/25989-ax-alan-cinayt-iind-1-milyon-manatdan-ox-mnimsmd-ittiham-olunan-b-mdirin-mhkm-brat-ver-bilrmi.html http://via.az/gundem/25989-ax-alan-cinayt-iind-1-milyon-manatdan-ox-mnimsmd-ittiham-olunan-b-mdirin-mhkm-brat-ver-bilrmi.html Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?!


Via.az Araz.az -a istinadən xəbər verir ki, bu ilin mart ayında, törətdiyi qanunsuz əməllərə görə, Sumqayıtın icra başçısının əmri ilə, başçının müavini, həmçinin İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Şöbəsinin müvəqqəti müdiri vəzifəsindən azad olunan, indi isə, Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyev haqqında, ölkə mətbuatı kimi, araz.az xəbər portalı da nələr yazmayıb?! Ötən ay, rəsmi şəkildə 1 milyon manatdan çox mənimsəmədə ittiham olunandan sonra isə, barəsində dərc edilən yazıların sayı daha da çoxalıb.

Ümumiyyətlə, külli miqdarda mənimsəmədə təqsirləndirilən Gündüz Əliyevin, eləcə də onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq Baş mühasibi Gülnarə Bayramovanın və yaxını Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə, araz.az da xəbər verib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işinin məhkəmə baxışı yaxın vaxtlara təyin edilib.

Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?!


Yeri gəlmişkən, qeyd edək ki, təqsirləndirilən bu şəxslərin sahibkarlıq fəaliyyəti adı altında, 2012 — 2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə, xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq, mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev, Elxan Əsədovun vasitəsi ilə, təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq, Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini, həmin şirkətlərin hesablarına köçürtdürməyə nail olublar. Köçürülmüş bu pul vəsaitinin bir hissəsi, yəni, 1 milyon 613 min 334 manat məbləğində pul Elxan Əsədov və digərləri vasitəsi ilə, nağdlaşdırılmaqla, mənimsənilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsini, müxtəlif əqdlər bağlamaqla həyata keçirənlər, bu maliyyə əməliyyatları nəticəsində, ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək, leqallaşdırırmaları ibtidai istintaq zamanı sübuta yetirilib.

Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?!

Konkret desək, bu cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında, Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə, həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrlə yekun ittiham elan edilib.

Buna baxmayaraq, — əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, — Gündüz Əliyev yenə Sumqayıtda “at oynadır”, az qala, icra başçısının funksiyasını belə mənimsəyərək, idarəçiliyi ələ keçirə bilib. Elə, onun bütün sahələrin işinə müdaxilə etməsi də, deyilənlərin inkarolunmaz sübutudur. Bir sözlə, şəhərdə “daşı daş üstünə qoymaq” üçün də, onun “icazəsi və razılığı” mütləq alınmalıdır. Həmin “razılığın” alınması isə, həngamə xarakterli ayrıca bir oyundur.

Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?!

Yazılarımızda xüsusi olaraq vurğuladımız kimi, barəsində xüsusi ittiham qaydasında cinayət işi açılan bir məmur öz vəzifəsində qala bilməz. Lakin Gündüz Əliyevi qoruyan havadarı, Sumqayıtın oliqarxı kimi özünü tanıdan icra başçısı Zakir Fərəcovdur deyə, bu mümkün olub. Bir də ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Gündüz Əliyevi Zakir Fərəcov necə qorumasın ki, qanunsuz topladığı haram milyonların əksəriyyətini Gündüz Əliyevin əliylə “qoltuğunda gizlətməyə” nail olub. Elə, onun, imzaladığı “Zəmanət məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək; Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun xətrinə dəyən tapılmır ki, tapılmır! Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçilərindən biri kimi, vəzifə kreslosuna elə pərçimlənib ki, onu yerindən tərpətmək də mümkün deyil.

Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə məhkəmə bəraət verə bilərmi?!

Bir daha xatırladaq ki, ağır ittiham altında olan Gündüz Əliyevin, doğma-yaxınları ilə birgə, məhkəmə prosesləri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baş tutdu. Di gəl ki, Gündüz Əliyevin heç bu məhkəmə prosesi də vecinə olmadı. Sanki, o, “qanun çərçivəsi” anlamını bilən də deyil. Və milyonları saxta yolla mənimsəməyin nə demək olduğunu da bilmir. Hətta böyük yeyinti və mənimsəmə faktları ilə ağır ittiham altında olan Gündüz Əliyev, indi də, Sumqayıt Məhkəməsində bəraət aldığını aləmə car çəkir. Özünüz deyin, axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə, məhkəmə bəraət verə bilərmi?! Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, onun “Zəmanət məktubu” ilə aldadılan sahibkarlar da, hakim Aynur Rzayevanın adına Müraciət hazırlayıblar və apardığı həmin məhkəmə işinə, onların iddialarını əlavə etməyi də xahiş edəcəklərini planlaşdırıblar.

Sonda, dəyərli oxucularımızın diqqətinə onu da çatdırırıq ki, Zakir Fərəcova arxalanaraq, Gündüz Əliyevin milyonlar mənimsəmək eşqiylə törətdiyi bəd əməllər barəsində məlumatlar araz.az-ın redaksiyasına çox daxil olduğu üçün, bu mövzu daim diqqətimizdədir. Bu barədə araşdırma yazılarımız, bundan sonra da çox olacaq.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.]]>
admin Mon, 09 Oct 2023 21:18:05 +0400
Qələbəyə aparan liderlik keyfiyyətləri http://via.az/gundem/25984-qlby-aparan-liderlik-keyfiyytlri.html http://via.az/gundem/25984-qlby-aparan-liderlik-keyfiyytlri.html Qələbəyə aparan liderlik keyfiyyətləri

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir.

Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevdir.

Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində 17 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini sübut edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.

Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Prezident İlham Əliyev təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.

Ümumdünya tarixi təcrübələr sübut edir ki, hər bir xalqın genetik yaddaşını möhkəmləndirmək, mənəvi irsini və əxlaqi dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək kimi çətin missiyanın yerinə yetirilməsi uzaqgörən liderlərin fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə gedərək, göstərdikləri tarixi fəaliyyətlə rəhbərlik etdikləri dövlətlərin mütərəqqi yolla inkişafına nail olurlar. Bu baxımdan Prezident İlham Əliyev xalqımızın milli-mənəvi bütövlüyünün təmin olunmasında özünəməxsus yer tutan milli şüurun inkişafını daim diqqət mərkəzində saxlayır ki, bu da təsadüfi deyildir. Çünki milli şüur hər bir insanın mənsub olduğu xalqa bağlılıq hisslərini möhkəmləndirməklə milli özünüdərketmədə ciddi rol oynayır. Prezident İlham Əliyev xalqımızın mənəvi tərəqqisinə, milli özünüdərkin və qürur hissinin güclənməsinə Azərbaycanın inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşır.

Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət aparır. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.

Prezident İlham Əliyevin səmərəli iş qabiliyyəti, fəallıq və təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olması onun cəmiyyətdə gedən prosesləri adekvat qiymətləndirməsində, ortaya çıxan problemlərin obyektiv və subyektiv səbəblərini dərindən, hərtərəfli araşdırmasında, ölkənin inkişafını nəzərdə tutan proqramlar hazırlayaraq həyata keçirməsində mühüm əhəmiyyət daşıyır. Ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi sahəsində Azərbaycan Prezidentinin apardığı milli inkişaf siyasəti intellektual düşüncəyə və praqmatizmə əsaslanır. Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir. Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin davamlı sosial-iqtisadi inkişafa nail olması Prezident İlham Əliyevin bəyan etdiyi məqsədlərin xalqımızın milli maraqlarına söykənməsi ilə sıx şəkildə bağlıdır.

Tədqiqatçılar siyasi liderliyin strukturunda, adətən, üç komponenti (liderin şəxsi keyfiyyətləri, hakimiyyəti həyata keçirmə vasitələri və liderə təsir göstərən situasiya) bir-birindən fərqləndirirlər ki, onlar bütövlükdə liderin əxlaqi (humanizm, məsuliyyət, düzgünlük və s.) və professional (analitik düşünmək qabiliyyəti, səriştəlik, çeviklik və s.) keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Siyasi liderə inam onun hakimiyyət səlahiyyətlərinin legitimliyində və cəmiyyətdə böyük nüfuz qazanmasında xüsusi yer tutur. Xüsusilə seçkilər liderə inamın hansı səviyyədə olduğunu sübut edən göstərici rolunu oynayır. Cəmiyyətdə gedən proseslərə obyektiv mövqedən yanaşması və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması siyasi liderin böyük uğurlar əldə etməsinə yol açır. Seçicilər, adətən, elə siyasi lideri dəstəkləyirlər ki, onun ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab verir. Siyasi liderin nüfuz qazanması üçün ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşıb onları həll etməsi vacib şərtdir. Buna görə də Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı onun müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir və bunun əsasında siyasi elektoratın rasional seçimi dayanır.

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə mütəmadi olaraq birbaşa təmaslar yaradır, onları narahat edən, düşündürən məsələlərə böyük həssaslıqla yanaşır. Onun mövqeyinə görə, cəmiyyətin inkişafına təkan verən mütərəqqi ideyalar müxtəlif dəyərlər, baxışlar və intellektual yanaşmalar arasındakı mübadilənin nəticəsində meydana gəlir. İctimai həyatda baş verən hadisə və proseslərə obyektiv yanaşmaq Prezident İlham Əliyevin liderliyinin əsas əlamətlərindən biridir. Onun qlobal düşüncəli, geniş dünyagörüşlü Lider olaraq ümummilli məsələlərlə bağlı həyata keçirdiyi siyasət realist xarakter daşıyır.


Qələbəyə aparan liderlik keyfiyyətləri
Elgün Səmədov,
M.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinin Baş həkimi

]]>
admin Mon, 09 Oct 2023 13:50:06 +0400
Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı http://via.az/gundem/25988-ulu-ndr-heydr-liyevin-siyasi-irsinin-layiqli-davams.html http://via.az/gundem/25988-ulu-ndr-heydr-liyevin-siyasi-irsinin-layiqli-davams.html Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı


Bu gün Azərbaycana Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi əks etdirir. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Dahi siyasətçi və uzaqgörən ulu öndərimiz əmin idi ki, onun davamçıları onun yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər.

2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevə böyük etimad və dəstək göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Möhtərəm Prezident öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının etimadını doğrultdu və təbii olaraq qarşısında duran taleyüklü məsələləri həll etdi, o, fəaliyyətə başlayarkən seçicilərinin qarşısında verdiyi hər bir vədi bu gün artıq yerinə yitirib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, həmin institutda pedoqoji fəaliyyət zamanı toplanan nəzəri biliklər, müstəqil Azərbaycanın neft sektorunda, Yeni Azərbaycan Partiyasında, Milli Olimpiya Komitəsində, Avropa Şurasında praktik fəaliyyət nəticəsində formalaşan siyasi əsaslar artıq ali dövlət postunda tətbiq olunmalı idi. Prezident İlham Əliyevin milli maraqlara söykənən daxili və xarici siyasəti, seçki qabağı təşviqat kompaniyası dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, inam və etibar qazandırdı. Dövlət başçısı mühüm hədəflərə çatmaq üçün ilk növbədə ölkəmizin təbii sərvətlərini, insan potensialını və ən önəmlisi də xalqın iradəsini əsas götürdü: “Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq”.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib, ölkəmizin dostlarının sayı çoxalıb. Xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu özünü ölkəmizin BMT təhlükəsizlik şurasının qeyri daimi üzvü seçilməsində, qarşıdakı illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsində də göstərdi. Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevirib. Ölkəmiz artıq Cənub Qaz Dəhlizi və TANAP layihəsinin icrasında aparıcı ölkədir. Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması isə Azəbaycanın dünya enerji sənayesində həlledici faktor olduğunu bir daha təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədi ilə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul olunub. İqtisadiyyatın ümumi artım tempi qeyri neft sektorunun, sənaye istehsalının və qeyri neft ixracının dəfələrlə artmasına gətirib çıxardı.

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi yolunda geniş miqyaslı layihələr icra olunub. İşsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Ökəmizin elektrik enerjisi potensialı xeyli artıb. 30 elektrik stansiyası tikilib. Ölkə üzrə təbii qaz təchizatı 95 faizə yüksəlib. 15000 km-dən çox uzunluğu olan beynəlxalq standartlara uyğun avtomobil yolları salınıb. Azərbaycan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işləri başa çatdırıb. Bakını Xəzər hövzəsində müasir logistika və nəqliyyat mərkəzinə çevrilməyə imkan verən Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tikilib. Bakı gəmiqayırma zavodu işə düşüb. Müstəqillik Dövrünün ən böyük layihlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu da uğurla istifadəyə verilib. Bu illər ərzində ölkəmizin hər sahəsinə böyük diqqət və qayğı göstərilib, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər həyata keçirilib. Dövlətimizin dünyada olan nüfuzu ildən ilə artıb.

Dünyanın ən güclü 50 ordusundan birini yaradan prezident İham Əliyev silahlı qüvvələrin döyüş qabiliyyətinin, texnki təchizatının yüksək səviyyədə qurulmasında mühüm rol oynayıb. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb. Dövlət başçısının fəaliyyəti sayəsində beynəlxalq aləmdə bir əminlik yaranıb ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı olmayacaq.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan xalqının əsas taleyüklü məsələsi 2020-ci ildə həll olundu. 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük bir zəfər tarixi yazdı, Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 44 günlük Vətən Mühribəsinin hər günü tarix yazılıb, biz haqq yolunda apardığımız mübarizədə qalib gəldik. Bu qələbə sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, ordumuz oldu. Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə onlarla müsahibələr vermsini, ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmasını xüsusi vurğulamaq lazımdır.

Bu gün artıq ölkəmizin qarşısında yeni hədəflər dayanıb. İşğaldan azad olunmuş ərazilərdə misilsiz nəhəng yenidənqurma işləri aparılılr, abadlıq, quruculuq işləri gedir. Bu gün işğaldan azad olunmuş ərazilərdə ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən cənab prezidentin tapşırığına əsasən misilsiz işlər görülüb. Bizim dövlətimiz regionda lider olan ölkədir. Bizim iqtisadiyyatımız, güclü ordumuz, qüdrətli və ən nəhayət güclü liderimiz var. Azərbaycan xalq bundan sonra da təməli ulu öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək müzəffər ali baş komandanın ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətərə doğru irəliləyəcək.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı


Aytən Xələfova, həkim - nevroloq
]]>
admin Mon, 09 Oct 2023 12:19:00 +0400
Dünyada nüfuzu artan ölkəmiz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir http://via.az/gundem/25987-dnyada-nfuzu-artan-lkmiz-prezident-lham-liyevin-uurlu-siyastinin-nticsidir.html http://via.az/gundem/25987-dnyada-nfuzu-artan-lkmiz-prezident-lham-liyevin-uurlu-siyastinin-nticsidir.html Dünyada nüfuzu artan ölkəmiz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir


Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib. Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsasını qoyan ümumilli liderimiz iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də uğurla həyata keçirilməkdədir.

Son 18 ildə ölkəmizdə həyata keçirən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən hər bir Azərbaycanlının Prezidenti olacağam" fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb. 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə son beş ildə ölkədə bütün sahələr üzrə inkişaf uğurla davam edib, islahatlar cəmiyyətimizin daha çox sahələrini əhatə edib. 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada sistemli dəyişikliklər başlanıb. Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yatmış oldu. Prezident İlham Əliyevin ən mühüm xidmətlərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasının həyata keçirilməsidir. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, soaial-iqtisadi islahatlar və digər sistemli hədəflərin reallaşmasına şərait yaratdı. Davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirildi. Bu, bir daha göstərmiş oldu ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürünə çevrildi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yenə diqqət mərləzində olub, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu: Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.



Dünyada nüfuzu artan ölkəmiz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir



Fidan Hüseyinova
YAP Quba rayon Təşkilatının sədri
]]>
admin Mon, 09 Oct 2023 12:12:25 +0400