veten informasiya agentliyi

Paşinyan devrilsə, Qarabağda müharibə başlayır? - Rauf Qurbanovla Məhəmməd Əsədullayev üz-üzə

Tarix:25-02-2021, 16:05
Baxış Sayı:244

Paşinyan devrilsə, Qarabağda müharibə başlayır? - Rauf Qurbanovla Məhəmməd Əsədullayev üz-üzə

Ermənistan kataklizmlərin və siyasi böhranın məngənəsində çabalayır. Ölkədə hərbi qiyam ab-havası hökm sürür. Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb. O, çevrilişin qarşısının alındığını açıqlayıb. Buna səbəb Ermənistan silahlı qüvvələrinin baş qərargahı bəyanat verərək Nikol Paşinyan hökumətini istefasını tələb etməsidir.

Yaranmış situasiya ilə əlaqədar Ermənistan silahlı qüvvələri baş nazir və hökumətin istefasını tələb edir, habelə xalqa qarşı güc tətbiq olunmasından çəkinməklə bağlı hökumətə xəbərdarlığını ifadə edir.

Bəs Paşinyan devrilərsə, nə baş verər? Revanşist qüvvələrin hakimiyyəti ələ alması mümkündürmü? Qarabağda yeni müharibə başlaya bilərmi? Gündəmdə olan ikinci məsələ bu yaxınlarda Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri Zərdüşt Əlizadənin sensasion məqaləsidir. O yazıb ki, Prezident İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır.

Z.Əlizadə iqtidarın Qarabağ siyasətini tənqid edən müxalifətçiləri eyni yanlış siyasətlə torpaqlarımızın işğalına və 20 Yanvar qırğınına səbəbkar göstərib. Hətta onları xəyanətdə günahlandırıb, vəzifə hərisi və bisavad adlandırıb. Politoloq Xankəndiyə Azərbaycan Ordusunun daxil olacağı halda, mümkün ssenarini belə təhlil edir: “Azərbaycan Ordusunun Xankəndinə daxil olması, dünya mediasının “yeni erməni soyqırımı” şivəni qoparması, Rusiyanın bu “soyqırımın“ qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi”.

Sülhməramlıların Qarabağdan çıxarılması haqda müxalifətin təkliflərin tənqid edən Z.Əlizadə ‘’Əgər bu bisavad və məsuliyyətsiz şəxslərin təklifləri həyata keçərsə, Azərbaycanın başına gələcək müsibətləri təsvir etmək bir o qədər çətin deyil”.

Z.Əlizadənin sözlərinə görə, fərz edək ki, Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını rəsmi tələb edir: Azərbaycanın bu tələbindən bir gün sonra Minsk Qrupunun üç həmsədri - Fransa, Rusiya və ABŞ BMT-nin Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təqdim edirlər. Layihədə yazılır ki, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalması təhlükəsinin qarşısını almaq məqsədilə dünya dövlətlərinə tövsiyə edilir ki, “artsax”ın müstəqilliyi tanınsın. Bu proqnozlar və mülahizələrdə nə dərəcədə həqiqət payı var?

Azərbaycanı belə risklər gözləyirdimi? O zaman rus qoşunlarını 5 il sonra Qarabağdan necə çıxaracağıq? Hansı diplomatik siyasət lazımdır? Müxalifət 90-cı illərdə cümlə xəyanətlərə baisdirmi? Rus qoşunlarının sülhməramlı missiya ilə Qarabağa yerləşməsi ən ideal seçim idimi?

Musavat TV-nin canlı yayınında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlunun qonaqları olan Azərbaycan Kommunist Partiyasının (AKP) Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovla Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullayev bu məsələləri dartışır.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DIN-nin keçirdiyi əməliyyatlar
DIN-nin keçirdiyi əməliyyatlar
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək