veten informasiya agentliyi

Prezidentdən sökülən məscidlə bağlı TAPŞIRIQ

Tarix:13-04-2017, 15:04
Baxış Sayı:433

Prezidentdən sökülən məscidlə bağlı TAPŞIRIQ














Prezident İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verb.

Bu haqda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a məlumat verib.

Onun sözlərinə görə, İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Əli Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Novruz Aslanov növbəti qəbulunu keçirib
Novruz Aslanov növbəti qəbulunu keçirib
Hədə-qorxu ilə tələb etmə
Hədə-qorxu ilə tələb etmə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
DİN hesabat
DİN hesabat
Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb
Bakıda keçmiş məhkum “Makarov”  markalı odlu silahla saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
DİN hesabat
DİN hesabat