veten informasiya agentliyi

Qanunsuz tikintilərlə bağlı ən çox cinayət işi açılan rayonların SİYAHISI

Tarix:10-08-2018, 14:16
Baxış Sayı:256

Qanunsuz tikintilərlə bağlı ən çox cinayət işi açılan rayonların SİYAHISI















Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb.

Kamran Əliyev bildirib ki, Son 6 il ərzində qanunsuz tikintilərlə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 olub.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: "Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

K.Əliyevin sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: "Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824, əmlak üzərinə qoyulan həbs 6 milyon 12 min 367 manatdır".

O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.

Hacıqabul rayon sakini itkin düşüb
Hacıqabul rayon sakini itkin düşüb
Oğurluq
Oğurluq
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Ağdamda minaatan qurğular aşkar edilib
Ağdamda minaatan qurğular aşkar edilib