veten informasiya agentliyi

"Porsche" sürücüsü aləmi bir-birinə vurdu — maşını polislərin üzərinə sürdü - VİDEO

Tarix:24-10-2019, 13:30
Baxış Sayı:134

"Porsche" sürücüsü aləmi bir-birinə vurdu — maşını polislərin üzərinə sürdü - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
APA xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib.

Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.

Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb.
Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.

Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.

Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə  tanış edilib
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
“Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində təlimlərə başlayıb
“Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində təlimlərə başlayıb
2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
İsmayıllıda daha bir Qarabağ veteranı yüksək vəzifəyə təyin olunub
İsmayıllıda daha bir Qarabağ veteranı yüksək vəzifəyə təyin olunub
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU
İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir
İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir
2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat