Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 30 da İsmayıllı rayonunun Məddəniyyət sarayında rayonun gəncləri ilə görüşü olub.
Novruz Aslan görüşə gələn İsmayıllı gənclərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın rayonumuz və ölkəmiz qarşısındakı xidmətlərindən danışdı. Sonra gənclərlə Novruz Aslanın səmimi söhbəti oldu. Görüşdə iştirak edən gənclər onları maraqlandıran sualları verərək İsmayıllı rayonunun gənclərinin uğurlarından, gənclərin təhsil və idman sahəsində qazandığı uğurlardan danışdılar. Sonda görüşə gələnlərdən çıxış edənlər onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın əlli dördüncü görüşüdür. Novruz Aslan rayon Mədəniyyət sarayında beş rayon ərazisində yerləşən şadlıq saraylarında keçirdiyi 5 ci görüşüdür. Tədbirdə ilk dəfə səs verəcək gənclər də iştirak edirdi.