Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 29 da İsmayıllı rayonunun şəhər sakinləri ilə görüşü olub.
Novruz Aslan görüşə gələn şəhər sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın rayonumuz və ölkəmiz qarşısındakı xidmətlərindən danışdı. Sonra şəhər sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. İsmayıllının rayonunun şəhər sakinləri onları maraqlandıran sualları verərək İsmayıllı rayonunun uğurlarından, rayonda görülən işlərdən danışdılar. Sonda görüşə gələnlərdən çıxış edənlər onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın əlli üçüncü görüşüdür. Novruz Aslan rayon Mədəniyyət sarayında dörd, rayon ərazisində yerləşən şadlıq saraylarlnda keçirdiyi 5 ci görüşüdür.