Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 24 də İsmayıllı rayonunun səhiyyə işçiləri ilə görüşü olub.
Novruz Aslan görüşə gələn səhiyyə işçilərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar Mədəniyyət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın rayonumuz və ölkəmiz qarşısındakı xidmətlərindən danışdı. Sonra tibb işçiləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. İsmayıllı səhiyyə işçiləri onları maraqlandıran sualları verərək İsmayıllı səhiyyəsinin uğurlarından danışdılar. Sonda görüşə gələn rayon tibb işçiləri çıxış edərək onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın əlli ikinci görüşüdür. Novruz Aslanın rayon Mədəniyyət sarayında keçirdiyi dördüncü görüşüdür.