Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 27 də İsmayıllı rayonunun Uştalqışlaq kəndinin seçiciləri ilə görüşü olub.
Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın rayonumuz və ölkəmiz qarşısındakı xidmətlərindən danışdı. Sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək yaçadıqları kəndin qayğılarından danışdılar. Sonda görüşə gələn kənd sakinləri çıxış edərək onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın əllinci görüşüdür.