Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 20 də İsmayıllı rayonunun Zoğallıq kənd seçiciləri ilə görüşüb. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Sonra seçicilərlə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək yaşadıqları kəndin qayğılarından danışdılar. Sonda görüşə gələn kənd sakinləri çıxış edərək onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın otuz altıncı görüşüdür. Novruz Aslanın bu gün üçün ikinci görüşüdür. Gün ərzindən digər kəndlərdə də görüşlər keçiriləcək.