Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq təbliğatın üçüncü gününün ikinci görüşü İsmayıllı rayonunun mərkəzində yerləşən Qala restoranında İsmayıllının ağsaqqalları və din xadimləri ilə görüşü olub. Novruz Aslan görüşə gələnləri salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Sonda Novruz Aslanın tədbir iştirakçıları ilə səmimi söhbəti oldu. İsmayıllı rayonunun ağsaqqallarından Valeh Salehov, Şəfaqət Rəsulov və başqaları çıxış edərək sentyabrın 1- də keçiriləcək seçkilərdə Novruz Aslanı dəstəkləyəcəklərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat avqust ayının 9- dan başlayıb və bu Novruz Aslanın on ikinci görüşüdür. Novruz Aslanın bu gün üçün ikinci görüşüdür. Sabah, təbliğatın 4- cü günü Novruz Aslanın İsmayıllının digər kəndlərində də görüşləri olacaq.