02 avqust 2024-cü il tarixində, "İdman hamı üçün" layihəsi çərçivəsində "Şamaxı" İdman Klubunda MMA idman növü üzrə ustad dərsləri təşkil olundu.
Tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Orxan Hacıyevin rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən MMA idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport